Avtobuslar yolunu DƏYİŞİR -DİQQƏT!
13 Fevral 2026, 18:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
13.02.2026, 16:39
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Oxu24.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Quyu qonşu ilə ortaq idi. Bunlar mənə deyilməmişdi. Ayaz Həsənov evdə olan çatışmazlıqları aradan qaldıracağına söz verdi. Aramızda danışıq oldu. Usta gəlib baxdı. Mən bu barədə Ayaz Həsənova məlumat verdikdə isə o, mənə “Mən qurtarmışam”, yəni məni narahat etmə dedi”.
Daha sonra cavabdeh Ayaz Həsənov iddialara cavab verib. Bildirib ki, pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib: “Bunun üçün bir neçə əmlakçıya müraciət etdim, həmçinin alqı-satqı saytlarına yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra əmlakçı zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Mənsə ucuz qiymətə razılaşmadım”.
Cavabdeh bildirib ki, ötən il iyunun 13-də evə baxış keçiriblər: “Bir neçə saat sonra əmlakçı mənə zəng edib dedi ki, Rafiq müəllim dam örtüyünə də baxmaq istəyir. Dedim gedib baxsın. Gedib baxmışdı. Səhəri görüşdük, söhbətləşdik, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Evdən çıxmaq üçün bir ay vaxt verildi. Bir az keçəndən sonra Rafiq müəllim ev üçün yeni mebellər aldığını, əşyaların çıxarılmasının lazım olduğunu dedi. Mən də əşyaları müvəqqəti mühafizə otağına qoydum və dəyər-dəyməzinə satdım. Hovuzdakı problemə gəldikdə isə mozaikada problem var idi. Usta çağırdıq. Usta dedi ki, həll etmək olar. Belə də etdik”.
İddiaçı isə əlavə edib ki, qarşı tərəf evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib. Cavabdeh tərəf prosesə əmlakçı və mühafizəçinin şahid qismində çağırılması barədə vəsatət verib. İddiaçı tərəf buna etiraz etməyib.
Məhkəmə vəsatəti təmin edib və müqavilə üzrə etibarnamə tələb edib. Tərəflər növbəti prosesdə etibarnaməni təqdim edəcəklərini bildirib.
Həmçinin oxuyun
Məhkəmənin növbəti iclası 18 marta təyin edilib.
Qeyd edək ki, vəkil Rafiq Abbasov sabiq Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənovu mülki iddia üzrə məhkəməyə verib. Rafiq Abbasov Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyini iddia edir.
Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.
O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.
18:25 / 13 Fevral 2026
8
18:02 / 13 Fevral 2026
25
18:00 / 13 Fevral 2026
26
17:54 / 13 Fevral 2026
381
17:51 / 13 Fevral 2026
61
17:32 / 13 Fevral 2026
146
17:24 / 13 Fevral 2026
267
17:14 / 13 Fevral 2026
58
16:59 / 13 Fevral 2026
219
16:54 / 13 Fevral 2026
47
16:42 / 13 Fevral 2026
832
16:25 / 13 Fevral 2026
72
16:20 / 13 Fevral 2026
64
16:18 / 13 Fevral 2026
63
16:12 / 13 Fevral 2026
50
16:06 / 13 Fevral 2026
64
16:03 / 13 Fevral 2026
70
15:59 / 13 Fevral 2026
73
15:58 / 13 Fevral 2026
62
15:42 / 13 Fevral 2026
642
15:26 / 13 Fevral 2026
499
15:25 / 13 Fevral 2026
72
15:22 / 13 Fevral 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.