Lökbatanda yanğında 3 nəfər zəhərlənib
13 Fevral 2026, 00:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
79
12.02.2026, 22:03
Azərbaycanda istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinə yaş limitinin tətbiqi məsələsi yenidən gündəmin əsas mövzusuna çevrilib. Bu addım həm ekoloji mühitin saflaşdırılması, həm də yollardakı qanlı qəzaların qarşısının alınması məqsədilə müzakirə olunsa da, xüsusilə köhnə maşın sahibləri arasında müəyyən narahatlıqlar yaradıb. Çoxları bu qərarın büdcələrinə ciddi zərbə vuracağını düşünür.
Oxu24.com xəbər verir ki,nəqliyyat eksperti Yasin Mustafayev məsələ ilə bağlı Demokrat.az-a danışarkən bildirib ki, hazırda köhnə avtomobillərə yaş limiti tətbiq ediləcəyi barədə hələ dəqiq bir qərar yoxdur. Bununla belə, ekspert hesab edir ki, vaxtı keçmiş texnikaların yollardan çəkilməsi qaçılmazdır.
“Lakin çox köhnə avtomobillərin yığışdırılması ölkə üçün müsbət və faydalı bir addım olardı. Bu, həm yol təhlükəsizliyinin təmin olunması, həm də sürücülərin və digər yol istifadəçilərinin həyatının qorunması baxımından vacibdir”, – deyə o vurğulayıb.
Reallıq isə ondan ibarətdir ki, paytaxtdan fərqli olaraq, bölgələrdə mənzərə tam başqadır. Rayon və kənd yerlərində sovet dövründən qalma maşınlar hələ də əsas nəqliyyat vasitəsi hesab olunur. Ekspert də bu məqama toxunaraq qeyd edib ki, insanlar həmin avtomobillərdən gündəlik həyatlarında, şəxsi işlərində və təsərrüfat fəaliyyətlərində geniş istifadə edirlər.
Onun sözlərinə görə, həmin texnikalar uzaq və çətin relyefli ərazilərdə hələ də insanların köməyinə çatır. Ancaq bu, onların təhlükəli olduğu həqiqətini dəyişmir. Yasin Mustafayev əlavə edib ki, “onların texniki vəziyyəti kifayət qədər zəifdir və müasir yol-nəqliyyat təhlükəsizlik standartlarına cavab vermir”.
Həmçinin oxuyun
Əsas problem isə texniki detalların köhnəlməsidir. Mühərrikdən tutmuş əyləc sisteminə qədər hər bir hissənin müəyyən bir ömrü var. İstismar müddəti dolmuş maşınlarda bu sistemlərin hər an sıradan çıxma ehtimalı yüksəkdir.
“Bu, həm sürücülər, həm də yol hərəkətində iştirak edən digər şəxslər üçün potensial təhlükə yaradır. Belə avtomobillərin davamlı istifadəsi qəza riskini artırır və yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını yüksəldir”, – deyə ekspert xəbərdarlıq edib.
Görünən odur ki, köhnə avtomobillərin yığışdırılması sadəcə bir qadağa deyil, həm də insanların təhlükəsizliyini sığortalamaq cəhdidir. Müasir standartlara uyğun nəqliyyat vasitələrinə keçid həm ekologiya, həm də insan həyatı üçün vacibdir. Hazırda müzakirə mərhələsində olan bu qərarın yaxın gələcəkdə hansı formada icra ediləcəyi isə hələlik sual altındadır.
00:21 / 13 Fevral 2026
23
23:59 / 12 Fevral 2026
25
23:56 / 12 Fevral 2026
33
23:51 / 12 Fevral 2026
75
23:49 / 12 Fevral 2026
52
23:45 / 12 Fevral 2026
32
23:39 / 12 Fevral 2026
37
23:35 / 12 Fevral 2026
29
23:21 / 12 Fevral 2026
241
23:18 / 12 Fevral 2026
39
23:11 / 12 Fevral 2026
41
22:59 / 12 Fevral 2026
57
22:53 / 12 Fevral 2026
41
22:38 / 12 Fevral 2026
86
22:36 / 12 Fevral 2026
57
22:32 / 12 Fevral 2026
56
22:29 / 12 Fevral 2026
88
22:24 / 12 Fevral 2026
77
22:22 / 12 Fevral 2026
598
22:06 / 12 Fevral 2026
166
21:52 / 12 Fevral 2026
54
21:46 / 12 Fevral 2026
973
21:37 / 12 Fevral 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.