Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq
01 Aprel 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
580
12.02.2026, 23:59
“20 Yanvar” və “Şamaxinka” istiqamətində nəzərdə tutulan tunel və digər yol layihələri Bakı şəhərində nəqliyyat sıxlığının azaldılmasına xidmət edir.
Oxu24.com Baku.ws-ə istinadən xəbər verir ki, bu layihələr 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 25 yol infrastrukturu layihəsi icra olunur. Onlardan dördündə tikinti işlərinə artıq başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.
Pirşağı layihəsi – yeni nəqliyyat arteriyası
Əsas layihələrdən biri Pirşağı istiqamətində həyata keçirilir. Bu yol Bakı-Quba-Rusiya sərhədi magistralını Bakı-Şamaxı-Yevlax yolu ilə birləşdirəcək və Abşeron yarımadasında yeni nəqliyyat bağlantısı yaradacaq. Layihə çərçivəsində dəmir yolunun altından tunel inşa olunur. Bu, sürücülərə Bakı şəhərinə daxil olmadan şimal və şimal-qərb istiqamətlərində rahat hərəkət imkanı verəcək.
Ümumilikdə layihə çərçivəsində yollar, körpülər, üç tunel və bir sıra piyada keçidləri tikilir.
Koroğlu-Həsən Əliyev yolu
Həmçinin oxuyun
Digər iri layihə Koroğlu-Həsən Əliyev istiqamətində həyata keçirilir. Müzəffər Nərimanov küçəsindən başlayaraq Həsən Əliyev küçəsinə qədər uzanan, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel yeni prospekt yaradılır.
Uzunluğu 4 kilometr olan yol 6 hərəkət zolağından ibarət olacaq. Onun 2 kilometrlik hissəsi tunellərdən ibarətdir. Layihə çərçivəsində 4 tunel və 3 yeraltı piyada keçidi tikilir. İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Bu yol “Nərimanov”, “Gənclik” və “Koroğlu” ərazilərindəki sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.
8 Noyabr-Babək-Heydər Əliyev prospekti bağlantısı
Yeni başlanmış layihələrdən biri də “8 Noyabr” prospektini Babək və Heydər Əliyev prospektləri ilə birləşdirəcək. Tunel vasitəsilə Babək prospektinin və dəmir yolunun altından keçid təmin ediləcək və birbaşa Heydər Əliyev prospektinə çıxış yaradılacaq. Bu da, xüsusilə, həmin istiqamətdə tıxacların azalmasına kömək edəcək.
Ümumilikdə həyata keçirilən layihələr tunellərin, körpülərin, yolötürücülərin və alternativ yol bağlantılarının tikintisini əhatə edir. Məqsəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu kompleks şəkildə yeniləmək və sürücülər üçün daha rahat hərəkət şəraiti yaratmaqdır.
11:44 / 01 Aprel 2026
6
11:40 / 01 Aprel 2026
16
11:33 / 01 Aprel 2026
20
11:25 / 01 Aprel 2026
28
11:15 / 01 Aprel 2026
31
11:14 / 01 Aprel 2026
262
11:05 / 01 Aprel 2026
124
10:58 / 01 Aprel 2026
35
10:57 / 01 Aprel 2026
90
10:54 / 01 Aprel 2026
35
10:38 / 01 Aprel 2026
154
10:35 / 01 Aprel 2026
57
10:31 / 01 Aprel 2026
40
10:26 / 01 Aprel 2026
52
10:10 / 01 Aprel 2026
857
10:08 / 01 Aprel 2026
53
10:06 / 01 Aprel 2026
49
10:05 / 01 Aprel 2026
43
10:04 / 01 Aprel 2026
43
10:02 / 01 Aprel 2026
42
09:27 / 01 Aprel 2026
55
09:24 / 01 Aprel 2026
47
00:42 / 01 Aprel 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.