Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 Aprel 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7398
12.02.2026, 21:46
Pensiya yaşına çatan vətəndaşlar üçün ən həssas məsələlərdən biri əmək stajının düzgün hesablanmasıdır. Xüsusilə 2006-cı ildən əvvəlki dövrün necə təsdiqlənməsi və 25 illik “hazır staj” mexanizminin tətbiqi ilə bağlı suallar son illər daha da artıb. Təcrübə göstərir ki, bir qrup vətəndaş bu güzəştdən rahatlıqla yararlandığı halda, digərləri sənədləşmə və fərdi uçot problemləri səbəbindən çətinliklərlə üzləşir.
Oxu24.com xəbər verir ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd olunmalıdır ki, 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr üzrə əmək stajı yalnız dövlət sosial sığorta sistemindəki fərdi uçot məlumatları əsasında müəyyən edilir.
Yəni vətəndaşın işlədiyi illər rəsmi şəkildə sığorta sistemində əks olunmayıbsa, həmin müddət qanun qarşısında staj kimi tanınmır.
2006-cı ilə qədər olan dövrə gəldikdə isə əsas sənəd əmək kitabçasıdır.
Əgər əmək kitabçası yoxdursa, bu halda işəgötürənin arayışı və ya dövlət arxiv sənədləri ilə staj təsdiqlənməlidir. Məhz bu mərhələdə bir çox vətəndaş çətinlik yaşayır, çünki bəzi müəssisələr artıq mövcud deyil və ya arxiv sənədləri tapılmır.
Qanunvericilik isə müəyyən şərtlər daxilində vətəndaşların xeyrinə mühüm bir mexanizm nəzərdə tutur.
Həmçinin oxuyun
Belə ki, 2006–2018-ci illər aralığında pensiya sistemində fərdi uçotu olan, lakin tam stajı sənədlərlə təsdiqləyə bilməyən şəxslərə 25 il sığorta stajı avtomatik qəbul edilirdi. Bu mexanizm minlərlə, hətta yüz minlərlə vətəndaşın pensiya hüququ qazanmasına imkan yaratdı və sosial təminat sahəsində ciddi dəyişiklik kimi qiymətləndirildi.
Əvvəlki qaydalara əsasən, 2023-cü ildən başlayaraq bu 25 illik güzəşt hər il 1 il azaldılmalı idi. Məsələn, 2024-cü ildə pensiyaya çıxan şəxs üçün 25 deyil, 23 il hazır staj nəzərdə tutulmalı idi. Lakin son qanun dəyişikliyi ilə bu azalma prosesi 3 il müddətinə təxirə salındı.
Bu o deməkdir ki, güzəştli 25 illik stajın azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən etibarən tətbiq ediləcək. Nəticə etibarilə, fərdi hesabında az da olsa sığorta kapitalı olan və 2026-cı ilə qədər pensiya yaşına çatan şəxslər tam 25 illik staj mexanizmindən yararlana biləcəklər.
Beləliklə, sistem bəzi hallarda arxiv və sənədləşmə baxımından çətinlik yaratsa da, son dəyişikliklər pensiya ərəfəsində olan vətəndaşlara əlavə vaxt və imkan qazandırıb. Dövlət Sosial Müdafiə Fondu da bildirir ki, vətəndaşların narahatlığına əsas yoxdur və hər bir müraciət qanun çərçivəsində fərdi qaydada araşdırılır.
Hazırladı: Miri Məcidli
01:04 / 04 Aprel 2026
1
23:59 / 03 Aprel 2026
24
23:49 / 03 Aprel 2026
37
23:35 / 03 Aprel 2026
111
23:14 / 03 Aprel 2026
58
22:59 / 03 Aprel 2026
135
22:48 / 03 Aprel 2026
193
22:30 / 03 Aprel 2026
70
22:16 / 03 Aprel 2026
60
21:49 / 03 Aprel 2026
68
21:47 / 03 Aprel 2026
70
21:37 / 03 Aprel 2026
71
21:25 / 03 Aprel 2026
79
21:15 / 03 Aprel 2026
78
21:04 / 03 Aprel 2026
73
20:47 / 03 Aprel 2026
203
20:34 / 03 Aprel 2026
207
20:19 / 03 Aprel 2026
92
20:08 / 03 Aprel 2026
86
19:56 / 03 Aprel 2026
160
19:44 / 03 Aprel 2026
161
19:32 / 03 Aprel 2026
171
19:23 / 03 Aprel 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.