Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1457
12.02.2026, 23:21
Oxu24.com yüksək vəzifə tutan uğurlu xanımlarla bağlı yazılarını davam etdirir.
Azərbaycanda yüksək vəzifədə çalışan peşəkar xanım rəhbərlərdən biri də Yuliya Pasternakdır.
Maliyyə və idarəetmə sahəsində uzun illərin təcrübəsinə malik olan Yuliya Pasternak hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsində çalışır.
Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr pilləsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə başa vurub. Daha sonra magistr təhsilini Maliyyə menecmenti ixtisası üzrə tamamlayaraq maliyyə idarəçiliyi sahəsində ixtisaslaşıb.
Əmək fəaliyyətinə 2009-cu ildə başlayan Yuliya Pasternak 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq istiqamətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Bu müddət ərzində strateji maliyyə planlaşdırılması, büdcə nəzarəti, maliyyə hesabatlılığı və risklərin idarə olunması sahələrində ciddi təcrübə qazanıb.
2020–2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik edib. Həmin dövrdə dövlət qurumunda maliyyə intizamının gücləndirilməsi və büdcə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərib.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Ötən il isə Yuliya Pasternak həmin quruma aparat rəhbəri təyin olunub.
Peşəkar maliyyəçi və idarəçi kimi tanınan Yuliya Pasternak hazırda tarixi irs obyektinin idarə olunmasında inzibati və maliyyə proseslərinin koordinasiyasına rəhbərlik edir.
Hazırladı: Nərmin Balacayeva
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.