74 yaşlı qadın hamamda yıxılıb həyatın itirdi
08 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1275
12.02.2026, 17:00
Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var.
Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda “dövlət idarəetmə sistemində dəyişiklik”lə bağlı – faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir.
Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.
Oxu24.com xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R. Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl - 2021-ci il noyabrın 25–26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.
Həmçinin oxuyun
Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub. Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları REA-da “məsləhətçi” və ya “ekspert” kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə “ekspert”lərdən biridir.
Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.
Dövlət Təhlükəsizliyi Xidməti bu gün Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayıb.
00:53 / 08 May 2026
11
00:49 / 08 May 2026
29
00:47 / 08 May 2026
28
00:37 / 08 May 2026
34
00:31 / 08 May 2026
38
00:25 / 08 May 2026
31
23:52 / 07 May 2026
166
23:27 / 07 May 2026
167
23:07 / 07 May 2026
210
22:49 / 07 May 2026
163
22:46 / 07 May 2026
391
22:39 / 07 May 2026
211
22:33 / 07 May 2026
164
22:10 / 07 May 2026
185
21:54 / 07 May 2026
202
21:43 / 07 May 2026
194
21:29 / 07 May 2026
73
21:16 / 07 May 2026
385
21:05 / 07 May 2026
90
20:54 / 07 May 2026
94
20:43 / 07 May 2026
88
20:40 / 07 May 2026
79
20:26 / 07 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.