Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
666
12.02.2026, 22:36
Özəl klinika sahibkarlıq subyekti olsa da, tam sərbəst deyil. O, səhiyyə sisteminin bir hissəsidir və tibbi fəaliyyət lisenziya əsasında həyata keçirilir. Bu səbəbdən “öz klinikamdır, istədiyimi qəbul edərəm” prinsipi tam şəkildə tətbiq olunmur.
Oxu24.com xəbər verir ki,əgər əməliyyat planlıdırsa, yəni xəstənin həyati təhlükəsi yoxdursa və əməliyyat müəyyən müddət gözləyə bilərsə, bu halda klinika əvvəlcədən ödəniş və ya depozit tələb edə bilər. Bu, ödənişli tibbi xidmət müqaviləsi çərçivəsində qanuni sayılır.
Amma vəziyyət təcili və həyati təhlükəli haldırsa, artıq qaydalar dəyişir.
Təcili tibbi yardım göstərilməsi ödəniş şərti ilə bağlana bilməz. Xəstənin həyatı risk altındadırsa, “əvvəl 10 min manat gətir, sonra əməliyyat edək” demək hüquqi məsuliyyət yarada bilər.
Belə imtina inzibati, bəzi hallarda isə hətta cinayət məsuliyyəti doğura bilər. Həm klinika, həm də konkret həkim məsuliyyət daşıya bilər.
Xəstəni diaqnozuna görə – məsələn, HİV/QİÇS və ya digər yoluxucu xəstəliyə görə – qəbul etməmək də qanunsuzdur. Tibbi müəssisə yalnız tibbi göstəriş yoxdursa və ya müvafiq profildə xidmət göstərmirsə imtina edə bilər, xəstəliyin özünə görə yox.
Belə hallarla üzləşən şəxslər Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta Agentliyinə və ya müvafiq ixtisaslaşmış mərkəzlərin qaynar xəttinə müraciət edə bilərlər. Təcili vəziyyətdə isə yardım göstərilməməsi ciddi hüquqi nəticələr yarada bilər.
Hazırladı: Şahbaz
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.