Bu gün "Oğru çərşənbə"dir – Novruz öncəsi qədim inanclar
04 Fevral 2026, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4105
04.02.2026, 14:34
Hindistanın Cənubi Qafqazdakı maraqları: Dehli–İrəvan xəttinin pərdəarxası planı
Ermənistan Hindistanla hərbi əməkdaşlığı dərinləşdirir. 2022-2024-cü illərdə Hindistanın silah ixracının 43%-i Ermənistana həyata keçirilib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.
Nəşr yazır ki, 2016-2018-ci illərdə bu göstərici sıfıra bərabər olub və iki ölkə arasında silah satışı prosesi aparılmayıb. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvan son illərdə Dehlidən silah və texnikanın alınmasına 600 milyon dollar xərcləyib.
Qeyd edək ki, fevralın 1-də Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi general Anil Çauhaninin Ermənistana rəsmi səfəri bu istiqamətdə atılan növbəti addım kimi qiymətləndirilir. Son illər Hindistandan külli miqdarda silah-sursat və hərbi texnika alan İrəvanın bu səfər çərçivəsində də yeni hərbi müqavilələrə zəmin yaratmağa çalışdığı istisna edilmir. Bir tərəfdən beynəlxalq platformalarda “sülh gündəliyi”ndən danışan Ermənistanın, digər tərəfdən regiondan kənar ölkələrdən – xüsusilə Hindistandan raket sistemləri və hücum təyinatlı silahlar alması ciddi suallar doğurur.
Bəs, Hindistan–Ermənistan hərbi yaxınlaşmasının arxasında hansı geosiyasi hesablar dayanır? Dehli–İrəvan xəttində hansı planlar var?
Oxu24.com-a danışan politoloq Natiq Miri bildirib ki, hər bir dövlətin özünü müdafiə etmək hüququ var və bu baxımdan Ermənistan istənilən ölkə ilə müdafiə və hərbi əməkdaşlıq sazişləri imzalaya, silah ala bilər:
“Bu, hər bir ölkənin daxili işidir və Azərbaycan hələlik bu məsələyə birbaşa müdaxilə etmir. Azərbaycan və Ermənistan arasında sülh sənədinin ötən il avqustun 8-də Vaşinqtonda paraflanması və sonrakı mərhələdə sülh prosesinə töhfə verəcək müəyyən praktik addımların atılması Ermənistan tərəfinin mövqeyinə təsir göstərib. Rəsmi İrəvan hesab edir ki, artıq iki ölkə arasında müharibə şəraiti bitib və belə bir təhlükə mövcud deyil. Bu səbəbdən də Hindistanla Ermənistan arasında danışıqlar müəyyən qədər intensivləşib, qarşılıqlı səfərlər həyata keçirilir. Lakin Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamadan bu səviyyədə silahlanmaya üstünlük verməsi tələsik addımdır və Azərbaycan üçün xoş qarşılanan hal deyil. Doğrudur, Azərbaycan da Ermənistanın silahlanmasını sadəcə seyr etmir. Ermənistanın aldığı silahlardan dəfələrlə güclü və daha müasir silahlar Azərbaycan tərəfindən də alınır və bu proses davam edəcək. Bununla belə, Ermənistan və Azərbaycan eyni tərəziyə qoyulacaq ölkələr deyil və İrəvan bunu nəzərə almalıdır. Çünki Ermənistan Azərbaycan ordusu qarşısında kapitulyasiya etmiş dövlətdir. Bu baxımdan, sülh sənədi paraflanmış olsa belə, Ermənistan məğlub tərəf olaraq qalır. Bu reallıq danışıqlarda tərəflərin bərabər statusda olmadığını göstərir. Azərbaycan bütün hallarda şərtləri diktə edən tərəfdir. Bu gün sülhə töhfə verən praktik addımlar atılırsa, Ermənistan bunu Azərbaycana borcludur”.
Politoloqun fikrincə, tərəflər arasında imzalanacaq sənədlər və alınacaq silahlar barədə Azərbaycana qeyri-rəsmi məlumatların verilməsi də mümkündür:
“Əgər söhbət düşmənçilikdən və Azərbaycana qarşı yönəlmiş silahlanmadan getmirsə, hədəf olaraq Azərbaycan nəzərdə tutulmursa, düşünürəm ki, Azərbaycanı qıcıqlandırmamaq üçün Ermənistan hökuməti bu istiqamətdə Bakını məlumatlandıra bilər.
Digər tərəfdən, Ermənistanın da özünü müdafiə etmək hüququnu anlamağa çalışmalıyıq. Çünki bu gün Ermənistan yalnız Azərbaycanı potensial təhlükə kimi görmür. Ermənistan rəhbərliyi artıq Azərbaycanla sülh mühitinin formalaşdığını bəyan edir.
Hazırda Ermənistan 2026-cı il parlament seçkiləri ərəfəsindədir və bu kontekstdə Nikol Paşinyan hökuməti üçün müəyyən risklər mövcuddur. Bu risklərin başında Rusiya amili dayanır. Rəsmi Moskvanın müxtəlif səpkili təzyiqləri Ermənistan hakimiyyətini narahat edir.
Nəzərə almaq lazımdır ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir. Bu isə Avropaya inteqrasiya xəttini prioritet sayan Paşinyan hökuməti üçün ciddi risklər yaradır. Bu baxımdan, Ermənistanın müəyyən mənada öz müdafiə imkanlarını gücləndirməyə çalışması təbii qəbul edilə bilər.
Son vaxtlar İran tərəfinin də Ermənistanla bağlı bəzi sərt açıqlamaları müşahidə olunur. Məsələyə daha geniş kontekstdə baxanda, Ermənistanın mövqeyini müəyyən qədər anlamaq mümkündür. Əsas məsələ odur ki, bu proses qarşılıqlı anlaşma və hesabatlılıq çərçivəsində baş versin və Azərbaycanı narahat edən məqamlar ortaya çıxmasın”.
Bu barədə Oxu24.com-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Ermənistan tərəfi hələ İkinci Qarabağ müharibəsindən əvvəl, eləcə də müharibədən sonra Azərbaycanın sülh prosesinə addımlar atdığı dövrdə belə, bəzi dövlətlər tərəfindən silahlandırılıb:
Həmçinin oxuyun
“Ermənistanı silahlandırmaq, yenidən münaqişəni alovlandırmaq və regionda vəziyyəti destabilləşdirmək niyyəti olan tərəflər var. Bu ölkələrdən biri də Hindistandır. Bu artıq gizli deyil, açıq şəkildə görünən bir prosesdir. Ermənistanın silahlandırılması Hindistan üçün müəyyən strateji əhəmiyyət daşıyır. Coğrafi baxımdan baxsaq, Hindistan minlərlə kilometr uzaqlıqda yerləşən bir dövlətdir, Ermənistan isə dənizlərə çıxışı olmayan, Cənubi Qafqazda yerləşən ölkədir. Ümumiyyətlə, ortaq maraqları və ya yaxın regional gündəliyi olmayan iki dövlətin bu şəkildə bir-birinə hərbi dəstək göstərməsi xoş niyyətli addım kimi dəyərləndirilə bilməz. Ermənistanın silahlandırılması, əslində Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlara – sülhə, təhlükəsizliyə, sabitliyə və əməkdaşlığa ziddir. İddia edilə bilər ki, Ermənistanın silahlandırılması Hindistan üçün iqtisadi gəlir mənbəyidir. Lakin Ermənistan böyük hərbi büdcəyə malik dövlət deyil və aldığı silahların əhəmiyyətli hissəsini kreditlə və ya sonradan ödəniş vədi ilə əldə edir. Bu isə onu göstərir ki, söhbət sırf kommersiya maraqlarından getmir. Üstəlik, Ermənistanın maliyyə imkanları məhdud olduğu halda bu miqyasda silahlandırılması müəyyən mənada beynəlxalq silah ticarəti prinsipləri ilə də ziddiyyət təşkil edir. Çünki beynəlxalq praktikada silah satışının və alqısının müəyyən qaydaları mövcuddur və bu proseslər regional sabitliyə zərər vuracaq formada həyata keçirilməməlidir”.
Politoloq qeyd edib ki, əgər Ermənistan silahların dəyərini ödəmək iqtidarında deyilsə və ya ödənişləri vaxtında və lazımi formada həyata keçirə bilmirsə, bu halda Hindistanın başqa niyyətlərinin olduğu aydın görünür:
“Burada Pakistan amilini də nəzərə almaq lazımdır. Pakistanın Azərbaycanla müttəfiqliyi, eyni zamanda ortaq maraqların mövcudluğu fonunda Dehli–İrəvan xəttində hərbi yaxınlaşma təsadüfi deyil. Azərbaycan–Pakistan–Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq Hindistanın regional yanaşmalarında mühüm faktor kimi çıxış edir. Bu kontekstdə Ermənistana silah tədarükünün hansı məqsədlərə xidmət etdiyini anlamaq mümkündür. Hindistan bu addımlarla gələcəkdə Cənubi Qafqazda öz strateji maraqlarını təmin etməyə çalışır. Lakin bu siyasət Azərbaycanla Ermənistan arasında, eləcə də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına deyil, əksinə, qeyri-sabitliyin qorunmasına, potensial münaqişə risklərinin saxlanılmasına və gərginliyin uzadılmasına xidmət edir. Azərbaycan tərəfi bu yanaşmanı qəbul etmir və silahlanma prosesi ilə bağlı öz mövqeyini Hindistan tərəfinə çatdırıb. Əgər bu proses davam edərsə və gələcəkdə bu silahlar Azərbaycanın maraqlarına zidd şəkildə istifadə olunarsa – ki, buna ehtimal yüksəkdir – bu halda ən böyük zərəri çəkən tərəf elə Ermənistanın özü olacaq”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "ictimai və dövlət maraqlarının müdafiəsi " mövzusunda hazırlanıb.
16:24 / 04 Fevral 2026
38
16:11 / 04 Fevral 2026
51
16:04 / 04 Fevral 2026
652
15:54 / 04 Fevral 2026
67
15:49 / 04 Fevral 2026
206
15:39 / 04 Fevral 2026
82
15:33 / 04 Fevral 2026
57
15:25 / 04 Fevral 2026
55
15:21 / 04 Fevral 2026
69
15:19 / 04 Fevral 2026
101
15:09 / 04 Fevral 2026
119
15:08 / 04 Fevral 2026
55
14:45 / 04 Fevral 2026
112
14:27 / 04 Fevral 2026
167
14:21 / 04 Fevral 2026
108
13:41 / 04 Fevral 2026
62
13:24 / 04 Fevral 2026
80
13:15 / 04 Fevral 2026
244
12:54 / 04 Fevral 2026
1223
12:49 / 04 Fevral 2026
137
12:44 / 04 Fevral 2026
146
12:42 / 04 Fevral 2026
104
12:31 / 04 Fevral 2026
767
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.