Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
11010
27.04.2026, 14:13
Son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları qanunsuz əməlləri ilə medianın gündəmindədir.Qurumda bir neçə şəxsin həbs edilməsi ciddi nöqsanların olmasından xəbər verir.Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də son günlər ziddiyyətli qərarları ilə müzakirə mövzusudur.Sosial şəbəkələrdə yayılan məlumata görə,ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib. Qurum isə rəsmi açıqlamasında vətəndaşın bu vəziyyətdə sağlam kimi qəbul edildiyini qeyd edir.

Sözügedən qurumdan daha bir şikayətçi Nihat Novruz oğlu Aslanovdur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və tibb mərkəzləri “yararsız” desə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyası vətəndaşın sağlam olmasını deyir.
Oxu24.com-un redaksiyasına müraciət edən Nihat Novruz oğlu Aslanov hərbi xidmətə çağırış prosesində üzləşdiyi yanaşmalardan və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi qərarından şikayətçidir.
N.Aslanovun sözlərinə görə, universiteti bitirdikdən sonra Səfərbərlik Xidmətinin Rayon Şöbəsinə müraciət edib və könüllü xidmət etmək istəyini bildirib. Lakin 2022-ci ildə keçirdiyi ağır əməliyyat nəticəsində sağ biləyinə yerləşdirilən daimi mil ciddi problem yaradıb.
“Nizami Tibb Mərkəzi, Travmatologiya İnstitutu və hərbi komissarlığın (Red- Səfərbərlik Xidmətinin) öz həkimləri qolumdakı milə və funksiya pozuntusuna görə məni hərbi xidmətə yararsız hesab ediblər. Əməliyyat edən həkimim Zahid Cəfərovun diaqnozuna görə, mən 5 kiloqramdan artıq yük qaldıra bilmərəm, soyuq havada qolum sızıldayır və barmaqlarımın hərəkəti məhduddur. Əlim silah tutacaq vəziyyətdə deyil”,-deyə çağırışı Nihat Aslanlı bildirib.
N.Aslanov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyasının qərarından narazı qaldığından məhkəməyə müraciət edib.
"Mənim sağlamlığım hərbi xidmət keçməyə imkan vermir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi qərarla razı deyiləm.Məhkəməyə müraciət emtişəm.Aprelin 30-da Bakı İnzibati Məhkəməsində, hakim Bəhlul Cəlalovun sədrliyi ilə ilk proses baş tutacaq.Mən təkrar ekspertizanın keçirilməsini və verilmiş tibbi arayışın ləğv edilməsini tələb edirəm",-deyə N.Aslanov bildirib.
Miri Məcidli
14:50 / 05 Noyabr 2026
5
14:48 / 05 Noyabr 2026
33
14:44 / 05 Noyabr 2026
32
14:41 / 05 Noyabr 2026
49
14:36 / 05 Noyabr 2026
49
14:25 / 05 Noyabr 2026
70
14:24 / 05 Noyabr 2026
80
14:18 / 05 Noyabr 2026
183
14:08 / 05 Noyabr 2026
112
14:01 / 05 Noyabr 2026
83
13:48 / 05 Noyabr 2026
854
13:41 / 05 Noyabr 2026
100
13:20 / 05 Noyabr 2026
147
13:12 / 05 Noyabr 2026
160
13:02 / 05 Noyabr 2026
346
13:00 / 05 Noyabr 2026
188
12:56 / 05 Noyabr 2026
166
12:51 / 05 Noyabr 2026
126
12:41 / 05 Noyabr 2026
411
12:40 / 05 Noyabr 2026
130
12:39 / 05 Noyabr 2026
110
12:36 / 05 Noyabr 2026
181
12:27 / 05 Noyabr 2026
587
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.