Qaynar xətt:

(+99450) 247 90 86

Bir ay əvvəl vəzifəyə təyin olunmuşdu, işdən çıxarıldı

news/2026_01_13/1716307459_media_kreslo_cixarildi_memur5_700x403_jpg_pagespeed_ce_vemyl4c7gw_ltj5yv0mpoehi12s34uq_1768297819.jpg

CƏMİYYƏT

100

02.02.2026, 16:27

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) 1 ay əvvəl vəzifəyə təyin edilən Kamran Əliyev işdən çıxarılıb.

Oxu24.com  Oxu.az-a istinadən xəbər verir ki, o, icra hakimiyyətində həyata keçirilən struktur dəyişikliyi

nəticəsində vəzifəsini itirib.

 

Belə ki, RİH-də Rayon təsərrüfatı şöbəsi ləğv edildiyindən həmin şöbənin Baş məsləhətçisi (mühəndis) Kamran

Əliyev vəzifəsindən azad olunub.

 O, Lökbatan qəsəbə nümayəndəliyinə məsləhətçi-mühəndis vəzifəsinə təyinat alıb.

 Qeyd edək ki, K.Əliyev ötən ilin dekabrında sabiq icra başçısı Süleyman Mikayılovun əmri ilə Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi-mühəndis vəzifəsinə təyin olunmuşdu. O, həmçinin şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsini icra edirdi. K.Əliyev ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləmişdi.

 Xatırladaq ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib. Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.