Qaynar xətt:

(+99450) 247 90 86

Axşamdan qalan çayı içməyin! Ziyanları 

news/2025_11_28/cay_s_1764341723.jpg

CƏMİYYƏT

87

31.01.2026, 09:07

Bəzən biz vaxt azlığından və ya "qənaət" məqsədi ilə axşamdan dəmlənmiş çayı səhər qızdırıb içirik.

Bu qəti şəkildə yolverilməzdir. Tək ona görə yox ki, belə çayın dadı və ətri olmur. Yaponlar köhnə çayı "ilan sancması", çinlilər "zəhər" adlandırırlar. Bu da əbəs yerə deyil.

Çay çox faydalı və müalicəvi içkidir. Onun tərkibində tanin, pektinlər, büzücü maddələr, vitaminlər, minerallar, efir yağları və s. faydalı maddələr var. Lakin köhnə çayda bu faydalı maddələr qalmır, onlar hamısı dağılır. 

Oxu24.com bildirir ki, mütəxəssislər çayı dəmlədikdən sonra 2 saat ərzində içməyi tövsiyə edirlər.

Bundan əlavə köhnə çayda bakteriyalar, göbələklər, toksiki maddələr çoxalmağa başlayır. Bu da bizim mədə-bağırsaq sistemimiz və xüsusilə də qaraciyərimiz üçün çox ziyanlıdır.

Köhnə çayı digər məqsədlərlə istifadə edə bilərsiniz. Belə ki, çayda pambıq diskləri isladıb göz qapaqlarının üzərinə qoyduqda göz şişkinliyi azalır.