Qaynar xətt:

(+99450) 247 90 86

Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA 

2025/02/05/1738750563_qaz-ol.jpg

CƏMİYYƏT

163

27.01.2026, 22:15

Vətəndaşlar kommunal xərclərin yüksək olmasından və bu xərcləri ödəməkdə çətinlik çəkmələrindən şikayətlənirlər. Bölgələrdə yaşayan sakinlər isə xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından istifadə etdiklərini bildirirlər.

 Bəs bu sahədə hansısa güzəştin olması gündəmdədir?

 Oxu24.com  bildirir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, qaz limitini aradan qaldırmaq müəyyən dərəcədə vətəndaşların işini yüngülləşdirə bilər:

 

“Ən azından bu limitin həddini bir az da yüksəltmək lazımdır ki, aztəminatlı, yoxsul insanlar qış aylarında bu qədər sıxıntı içində olmasınlar və daha rahatlıqla kommunal xərclərin ödənməsini təmin edə bilsinlər. Çünki kommunal xərclərin altında əzilmək bir çox hallarda sağlamlıq problemlərinə gətirir. İstilik istifadəsi az olanda bunun əziyyətini ən çox uşaqlar çəkir. Amma bu məsələlər barədə təkliflər hökuməti də düşündürür. Yəqin ki, vəziyyət optimal şəkildə dəyərləndirilərək qərarlar qəbul ediləcək”.