Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir
21 Aprel 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
643
26.01.2026, 22:16
Sudan sonra insanların ən çox istehlak etdiyi içkilərdən biri çaydır. İsti və ya soyuq formada, günün istənilən vaxtı içilən çay bir çoxları üçün vazkeçilməz hesab olunur. Lakin çayın normadan artıq qəbulu müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
Oxu24.com bildirir ki, diyetoloq Ofeliya Tahirova Metbuat.az-a açıqlamasında qara çayın həddindən artıq istifadəsinin fəsadlarından danışıb. Onun sözlərinə görə, çayın çox içilməsi dəmirin orqanizmdə mənimsənilməsini zəiflədə bilər:
“Eyni zamanda qara çayın normadan artıq qəbulu yuxusuzluq və baş ağrısına səbəb olur. Acqarına çay içmək bəzi hallarda mədə yanması və ürəkbulanma yarada bilər. Yemək zamanı çay içmək məsləhət görülmür, ən yaxşısı yeməkdən ən azı bir saat sonra çay qəbul etməkdir”.
Həmçinin oxuyun
O.Tahirova bildirib ki, qara çay antioksidantlarla zəngin olduğu üçün orqanizmin qorunmasında və toksinlərin xaric olunmasında mühüm rol oynayır. O, çayın sümükləri möhkəmləndirdiyini də qeyd edib.:
"Əsas şərt çayı şəkərsiz qəbul etməkdir. Hazırda bazarda olan bir çox çay növünün rənginin tünd olması üçün dadlandırıcı və rəngləndirici maddələrdən istifadə olunur. Bu səbəbdən seçim zamanı orqanik şəkildə yetişdirilmiş çaylara üstünlük verilməlidir. Əslində, yaşıl çay daha faydalıdır, ancaq paket halında satılan çaylardan isə uzaq durmaq məqsədəuyğundur".
00:55 / 22 Aprel 2026
19
00:42 / 22 Aprel 2026
34
00:34 / 22 Aprel 2026
38
23:59 / 21 Aprel 2026
42
23:50 / 21 Aprel 2026
72
23:42 / 21 Aprel 2026
56
23:19 / 21 Aprel 2026
108
23:16 / 21 Aprel 2026
103
23:06 / 21 Aprel 2026
158
22:54 / 21 Aprel 2026
58
22:36 / 21 Aprel 2026
244
22:28 / 21 Aprel 2026
52
22:24 / 21 Aprel 2026
66
22:12 / 21 Aprel 2026
101
22:04 / 21 Aprel 2026
424
21:58 / 21 Aprel 2026
83
21:36 / 21 Aprel 2026
96
21:27 / 21 Aprel 2026
85
21:13 / 21 Aprel 2026
1924
21:08 / 21 Aprel 2026
94
21:05 / 21 Aprel 2026
842
20:49 / 21 Aprel 2026
83
20:22 / 21 Aprel 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.