Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu vəkil CƏZALANDIRILDI 

2025/02/06/1738841173_1735383915_1735362305vekil.logo.jpg

CƏMİYYƏT

101

26.01.2026, 18:30

“Verdiktum” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Ağayeva Nüşabə Fərman qızı barəsində intizam tədbiri görülüb.

Oxu24.com xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verib.

Qərara əsasən, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Nüşabə Ağayeva Vəkillər Kollegiyasına ödənilən üzvlük haqqının 10 misli həcmində cərimə edilib.

Xatırladaq ki, Vəkillər Kollegiyasına aylıq üzvlük haqqı 72 manatdır. Beləliklə, N.Ağayeva 720 manat cərimə olunub.

Onu da qeyd edək ki, Nüşabə Ağayeva uzun illər məhkəmə hakimi işləyib. Daha sonra isə vəkillik fəaliyyətinə başlayıb.Ajans.az