Havanın temperaturu mənfi 5–10 dərəcəyədək ENİR
24 Yanvar 2026, 20:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
130
24.01.2026, 17:44
Beş ay əvvəl həbs xəbəri ilə ölkə gündəmini dəyişən məşhur iş adamı Adnan Əhmədzadə üçün xüsusi gündür.
Oxu24.com xəbər verir ki, bu gün dustaq iş adamı 48 yaşını tamamlayır.
Ənənəvi dəbdəbəli ad günlərinin əksinə olaraq, Əhmədzadə yeni yaşını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səssiz təcridxanasında qarşılayır. Alışdığı təmtəraqdan fərqli olaraq bu dəfə stolunun üstündə çoxmərtəbəli tortlar və şampanlar yox, yalnız çox vərəqli istintaq materialları var.
Bir vaxtlar Messi, Ronaldinyo, İnyesta, Suares kimi dünya ulduzlarının təbrik etdiyi bir insanın bu gün dörd divar arasında özü-özünü təbrik etməsi həyatın ən böyük sürprizidir. O günlərdən qalan isə yalnız xatirələr və bir də yəqin ki, Messinin bağışladığı saatdır.
Adnan Əhmədzadənin gələcək ad günlərini harada keçirəcəyi məlum deyil, amma ittiham olunduğu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulduğu dəqiqdir.
Həmçinin oxuyun
Qeyd edək ki, iqtisadi təhlükəsizliyə qarşı təxribat, xüsusilə külli miqdarda mənimsəmə kimi xüsusilə ağır cinayət əməllərində təqsirləndirilən iş adamının həbs müddəti 10 gün əvvəl daha bir neçə ay uzadılıb.
Bu məqamda dünya ulduzlarının çox yox, ötənilki ad günündə Adnan Əhmədzadəni təbrik etdikləri videonu yenidən təqdim edirik:
21:09 / 24 Yanvar 2026
1
21:02 / 24 Yanvar 2026
15
20:51 / 24 Yanvar 2026
25
20:49 / 24 Yanvar 2026
21
20:37 / 24 Yanvar 2026
80
20:26 / 24 Yanvar 2026
52
20:23 / 24 Yanvar 2026
47
20:19 / 24 Yanvar 2026
78
20:04 / 24 Yanvar 2026
102
19:44 / 24 Yanvar 2026
764
19:42 / 24 Yanvar 2026
63
19:39 / 24 Yanvar 2026
67
19:37 / 24 Yanvar 2026
223
19:21 / 24 Yanvar 2026
53
19:09 / 24 Yanvar 2026
69
18:40 / 24 Yanvar 2026
587
18:26 / 24 Yanvar 2026
1034
18:25 / 24 Yanvar 2026
161
18:15 / 24 Yanvar 2026
105
18:08 / 24 Yanvar 2026
6946
17:54 / 24 Yanvar 2026
922
17:40 / 24 Yanvar 2026
277
17:38 / 24 Yanvar 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.