Kartof bazarında nə baş verir? - Ekspert bahalaşmanın səbəblərini AÇIQLAYIR
01 Aprel 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
43165
25.01.2026, 00:08
Bu gün redaksiyamıza oxucu müraciəti gəlib. Oxucu müraciətində bildirir ki, pensiyam 434 manatdır. Mənim pensiyam yanvar ayından nə qədər olacaq?
Oxu24.com-un sualını Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli cavablandırıb.
Həmçinin oxuyun
İqtisadçı bildiib ki, əgər həmin şəxsin aldığı pensiya əmək pensiyasıdırsa, qanunvericiliyə əsasən hər il yanvar ayından etibarən indeksləşdirilir: ” Bu indeksləşmə əvvəlki il üzrə ölkədə orta aylıq əmək haqqının artım faizi əsasında aparılır. Bildirdiyiniz kimi, artım faizi 9,2% müəyyən edilibsə, bu faiz mövcud pensiya məbləğinizə tətbiq olunur. Hazırda pensiyanız 434 manatdır. 9,2% artım bu məbləğin üzərinə əlavə olunur. Yəni, 434 manatın 9,2 faizi hesablanır və alınan məbləğ pensiyaya əlavə edilir. Nəticədə pensiya təxminən 39-40 manat artır. Bu artımdan sonra yanvar ayından etibarən pensiyanız təxminən 474 manat təşkil edəcək.
Dəqiq məbləğ yuvarlaqlaşdırma və rəsmi hesablamalara görə bir qədər fərqlənə bilər, lakin ümumi məntiq və qayda bu şəkildədir. Amma bu pensiyaların artımı sayılmır. Bu əmək pensiyasının il ərzində itrilmiş real dəyərinin nominal qaydada kompensasiya edilməsidir. Bu indeksasiya yalnız əmək pensiyalarına aiddir. Bununla yanaşı vətəndaşların əmək haqqından DSMF-yə ödədiklərı sığorta kapitalı da indeksasiya edilir. Amma sığorta kapitalı illik inflyasiya faizinə uyğun indeksasiya ediləcək. Hələ Statistika Komitəsinin konkret açıqlaması olmasa da, 2025-ci ildə ölkədə qiymətlərin illik artım tempi təxminən 5-6% olub. Yəni sığorta kapitalının 5-6% artacağı gözlənilir”- deyə iqtisadçı Akif Nəsirli vurğulayıb.
Əntiqə Rəşid
00:42 / 01 Aprel 2026
10
23:59 / 31 Mart 2026
28
23:49 / 31 Mart 2026
34
23:39 / 31 Mart 2026
37
23:19 / 31 Mart 2026
135
23:04 / 31 Mart 2026
44
23:02 / 31 Mart 2026
45
23:00 / 31 Mart 2026
42
22:54 / 31 Mart 2026
53
22:40 / 31 Mart 2026
51
22:30 / 31 Mart 2026
78
22:25 / 31 Mart 2026
63
22:20 / 31 Mart 2026
125
22:11 / 31 Mart 2026
432
22:10 / 31 Mart 2026
158
22:08 / 31 Mart 2026
48
22:04 / 31 Mart 2026
47
21:59 / 31 Mart 2026
45
21:59 / 31 Mart 2026
171
21:58 / 31 Mart 2026
44
21:50 / 31 Mart 2026
136
21:40 / 31 Mart 2026
137
21:30 / 31 Mart 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.