Qaynar xətt:

(+99450) 247 90 86

"2026-cı ildə bu məmurlar həbs olunacaq" -SENSASİON AÇIQLAMA

2024/05/08/1715151525_qandal.jpg

CƏMİYYƏT

95

20.01.2026, 18:40

Son vaxtlar Azərbaycanda məmur özbaşınalığının artması cəmiyyətdə ciddi narazılıq yaradıb. Zaman-zaman bəzi icra başçıları və məmurlar barəsində cəza tədbirlərinin görülməsi, həbslərin olması ictimaiyyətin diqqət mərkəzindədir. 2026-cı ildə bu prosesin davam edib-etməyəcəyi isə müzakirə mövzusudur.

 

Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, məmur özbaşınalığı xalq arasında ruh düşkünlüyü yaradıb və ölkədə idarəetməyə olan inamı zəiflədib.

 

Onun sözlərinə görə, hazırkı vəziyyət təsadüfi deyil və bu,Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən qalma idarəetmə metodlarının nəticəsidir:

 

“Bu gün Ramiz Mehdiyevin “B” planı işə düşüb. Onun ətrafında olan, hazırda hakimiyyətdə təmsil edilən məmurlar ölkədə ciddi narazılıq yaratmağa çalışırlar və buna nail olublar. Azərbaycan böyük narazılıq dalğası ilə üz-üzədir.”

 

Hafiz Hacıyev qeyd edib ki, ölkədə məmur təbəqəsinin böyük hissəsi dostbazlıq, qohumbazlıq və rüşvət yolu ilə vəzifələrə gətirilib:

 

“Bu, demək olar ki, bir təşkilatlanmış şəbəkədir. Nazir qardaşını nazir müavini təyin edir, icra başçısının qohumu başqa vəzifədədir. Təcrübəsiz, gənc insanlar dövlət idarəçiliyinə gətirilir, amma nəticə yoxdur. Deputatlar açıq şəkildə deyirlər ki, artıq xalq bizə inanmır.”

 Hafiz Hacıyev məmurların böyük əksəriyyətinin həbs edilməli olduğunu da vurğulayıb:

 “Demək olar ki, əksər məmurlar məsuliyyətə cəlb edilməlidir. Çünki onların çoxu rüşvətxor və xəyanətkardır. Qarabağı işğaldan azad etdik, amma bu qələbəni tarixə çevirə bilmədik. Səbəb isə prezidentə yanlış məlumat verən, milyardlara sahib olan korrupsioner məmurlardır. Ölkədə kifayət qədər ləyaqətli kadrlar var, lakin onlara yol verilmir və bu, vəziyyəti daha da ağırlaşdırır”.