Azərbaycanda son 10 ildə 50-dən çox kəndin adı dəyişdirilib
25 May 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
543
18.10.2025, 00:19
Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.
Oxu24.com-un məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.
1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib.
2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.
2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.
Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayramdır.
Buna qədər Azərbaycanda 28 May - Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.
11:11 / 25 May 2026
1
11:02 / 25 May 2026
16
11:00 / 25 May 2026
18
10:57 / 25 May 2026
34
10:54 / 25 May 2026
116
10:51 / 25 May 2026
35
10:35 / 25 May 2026
56
10:22 / 25 May 2026
67
10:16 / 25 May 2026
65
10:15 / 25 May 2026
61
10:10 / 25 May 2026
56
09:46 / 25 May 2026
64
09:30 / 25 May 2026
213
09:18 / 25 May 2026
67
08:55 / 25 May 2026
323
08:45 / 25 May 2026
115
08:43 / 25 May 2026
74
08:25 / 25 May 2026
537
08:20 / 25 May 2026
78
00:05 / 25 May 2026
233
00:01 / 25 May 2026
390
00:01 / 25 May 2026
2748
23:58 / 24 May 2026
417
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.