Azərbaycanda son 10 ildə 50-dən çox kəndin adı dəyişdirilib
25 May 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
529
17.10.2025, 23:37
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.
Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna minnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə Raffaella Petrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb. Rafaella Petrini dəvətini məmnunluq hissi ilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
11:21 / 25 May 2026
26
11:11 / 25 May 2026
29
11:02 / 25 May 2026
32
11:00 / 25 May 2026
31
10:57 / 25 May 2026
41
10:54 / 25 May 2026
142
10:51 / 25 May 2026
41
10:35 / 25 May 2026
64
10:22 / 25 May 2026
72
10:16 / 25 May 2026
74
10:15 / 25 May 2026
67
10:10 / 25 May 2026
60
09:46 / 25 May 2026
72
09:30 / 25 May 2026
257
09:18 / 25 May 2026
71
08:55 / 25 May 2026
336
08:45 / 25 May 2026
127
08:43 / 25 May 2026
80
08:25 / 25 May 2026
576
08:20 / 25 May 2026
80
00:05 / 25 May 2026
237
00:01 / 25 May 2026
396
00:01 / 25 May 2026
2899
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.