Azərbaycanda son 10 ildə 50-dən çox kəndin adı dəyişdirilib
25 May 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7263
17.10.2025, 20:56
Prezident Adminstrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi onun yaxın ətrafını da diqqət mərkəzinə gəlib.
Bir neçə gündür ki, media Ramiz Mehdiyevin oğlunun, qızının, qardaşı oğlunun və digər yaxınlarının yüksək vəzifələrdə təmsil olunması ilə bağlı məlumatlar yayır.
Qaynarinfo-ya da bu istiqamətdə maraqlı məlumatlar daxil olub. Həmin məlumatlardan aydın olur ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva yalnız "Bank BTB"nin əsas payçısı olaraq biznes fəaliyyəti ilə məşğul deyil. O, həm də Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya klinikasında yüksək vəzifə tutur. Nigar Mehdiyeva klinikanın müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifəsində çalışır.
Nigar Mehdiyeva 1993-1999-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil alıb. Məlumatlarda iddia edilir ki, onun bir həkim kimi karyera yüksəlişində ATU-nun keçmiş rektoru Əhliman Əmiraslanovun müstəsna rolu olub. Hətta onun dosent adı alması da keçmiş rektorun dəstəyi ilə baş tutub.
Nigar Mehdiyevanın ATU-nun klinikasında yüksək vəzifələrə təyinat illəri Əhliman Əmiraslanovun rektor olduğu illərlə üst-üstə düşür. Bundan başqa, Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dostdur. Onların hər ikisi fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.
Əhliman Əmiraslanov hazırda deputatdır. O, Milli Məclisdə 67 saylı Sabirabad seçki dairəsini təmsil edir.
Yazıdakı iddialarla bağlı Əhliman Əmiraslanovun mövqeyini öyrənmək üçün deputata zəng etsək də, telefonu açmadı.
11:21 / 25 May 2026
26
11:11 / 25 May 2026
29
11:02 / 25 May 2026
32
11:00 / 25 May 2026
31
10:57 / 25 May 2026
41
10:54 / 25 May 2026
142
10:51 / 25 May 2026
41
10:35 / 25 May 2026
64
10:22 / 25 May 2026
72
10:16 / 25 May 2026
74
10:15 / 25 May 2026
67
10:10 / 25 May 2026
60
09:46 / 25 May 2026
72
09:30 / 25 May 2026
257
09:18 / 25 May 2026
71
08:55 / 25 May 2026
336
08:45 / 25 May 2026
127
08:43 / 25 May 2026
80
08:25 / 25 May 2026
576
08:20 / 25 May 2026
80
00:05 / 25 May 2026
237
00:01 / 25 May 2026
396
00:01 / 25 May 2026
2899
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.