SOCAR-da yeni təyinat - FOTO
25 May 2026, 13:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1162
17.10.2025, 11:05
Ötən gün İmişli rayon sakini Ziya Məmmədovun İmişli Rayon Xəstəxanasından şikayəti barədə xəbər vermişdik.Vətəndaş müraciətində İmişli Rayon Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşlarının xəstə çağırışına gəlmədiyini,dəfələrlə edilən zənglərə cavab verilmədiyini bildirmişdi.
TƏBİB vətəndaşın iddiaları ilə bağlı Oxu24.com saytının sorğusuna cavab verib.
Qurumdan verilən məlumata görə,araşdırma zamanı müəyyən edilib ki, Z.Məmmədov tərəfindən edilən zəng zamanı vətəndaş faktiki olaraq İmişli rayonunun Aranlı kəndində yaşasa da, zəng zamanı Biləsuvar rayonunun ərazisində olub.
"Biləsuvar Rayon Təcili Tibbi Yardım Stansiyasının (TTYS) çağırış üzrə tibb qardaşı tərəfindən 12.10.2025-ci il tarixində saat 23:00 radələrində qəbul olunan zəng zamanı vətəndaş ona əvvəlcə İmişli rayon Təcili Tibbi Yardım Stansiyasına zəng etdiyini, lakin birləşmə baş tutmadığını bildirib və dərhal İmişli Təcili Tibbi Yardım Stansiyası ilə birbaşa əlaqə yaradılmasını tələb edib. Bu texniki olaraq mümkün olmadığından vətəndaşa “103” Çağrı mərkəzinə müraciət etməsi, eləcə də yaşadığı ərazinin TTY mərkəzinə birbaşa zəng etməsi tövsiyə olunub.
Eyni zamanda, araşdırma zamanı İmişli rayon Təcili Tibbi Yardım Stansiyasına qeyd olunan tarixdə saat 21:00-dan növbəti gün saat 09:00-a qədər Aranlı kəndi və ətraf ərazilərdən hər hansı bir müraciətin və ya zəng daxil olmasığı bəlli olub.
TƏBİB olaraq bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, təcili tibbi yardıma ehtiyac olduğu hallarda 103 çağrı mərkəzinə müraciət edilməlidir. Hər hansı texniki və ya digər səbəbdən yerli Təcili Tibbi Yardım Stansiyası ilə birbaşa əlaqə yaradıla bilmədikdə, 103 mərkəzi vasitəsilə məlumat operativ şəkildə müvafiq stansiyalara ötürülür.
Hazırda məsələ ilə bağlı iştirakçı əməkdaşlarla izahat işləri aparılıb, mövcud prosedurların daha effektiv və şəffaf icrasını təmin etmək məqsədilə region üzrə bütün Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təkrar təlimatlandırma həyata keçirilir",-deyə rəsmi açıqlamada qeyd edilir.
Miri Məcidli
13:10 / 25 May 2026
7
13:07 / 25 May 2026
16
13:03 / 25 May 2026
23
12:54 / 25 May 2026
40
12:16 / 25 May 2026
211
12:02 / 25 May 2026
969
11:21 / 25 May 2026
70
11:11 / 25 May 2026
71
11:02 / 25 May 2026
61
11:00 / 25 May 2026
59
10:57 / 25 May 2026
58
10:54 / 25 May 2026
232
10:51 / 25 May 2026
58
10:35 / 25 May 2026
81
10:22 / 25 May 2026
85
10:16 / 25 May 2026
95
10:15 / 25 May 2026
86
10:10 / 25 May 2026
76
09:46 / 25 May 2026
86
09:30 / 25 May 2026
460
09:18 / 25 May 2026
81
08:55 / 25 May 2026
391
08:45 / 25 May 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.