Rekord istilər gəlir – Azərbaycanla bağlı XƏBƏRDARLIQ
25 May 2026, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
538
17.10.2025, 10:25
Bu gün yazıçı Kəramət Böyükçölün doğum günüdür.
Oxu24.com xəbər verir ki, atası şair Qəşəm Nəcəfzadə oğlunu sosial şəbəkələrdə təbrik edib.
Həmin paylaşımı təqdim edirik:
Kərişimin (Kəramət Böyükçölün) 38 yaşı tamam olur. Ona 38 şeir yazmışam. Elə şair var ki, heç 38 sevgi şeiri yoxdur. Təbrik edirəm, oğlum. Səninlə fəxr edirəm, mən səni sevdiyim kimi ,sən də öz oğlunu sev.
Oğlum Kəramət Böyükçölə
Kəramət, səni çağırsam
Səsimin titrəyişi tanış gəlsə
Tanış bir adama oxşasam
Səni güldürmək üçün
Durub it kimi ulasam
Pişik kimi miyoldasam
Kəramət.
Ayaqqabımı sənə versəm geyməyə
Köynəklərimi sənin üçün daraltsam
Kompüterimi sənə bağışlasam
Bir gün çarpayımda yatsan
Xəstə ürəyimin döyüntülərini
Bir – bir çarpayıdan yığsan
Kəramət.
Səninlə gizlənqaç oynasam
Qaçıb bir qara daşın altına girsəm
Sən məni gəzsən, çağırsan,
Qaçıb, qaçıb göz yaşlarından öpsəm
Üzr istəsəm
Kəramət.
Əllərimi sənə açsam
Səndən bir xatirə dilənsəm
Atanın bir şəklini səndən istəsəm
Sən də o şəkli tapa bilməsən
Kəramət.
Uşaqlıq şəkillərini yığıb sənə versəm
Uşaq kimi iməkləsəm
Körpə kimi qığıldasam
Kəramət.
İndi bütün qığıltılarını səsləndirsəm
Əmziyini, süd şüşəni sənə versəm
Dizlərimi çopur daşlar sıyırsa
Əllərimi isti çayla yandırsam
Mən sənin oğlun olsam
Sən mənim atam olsan
Kəramət.
Nigar
13:57 / 25 May 2026
1
13:54 / 25 May 2026
11
13:49 / 25 May 2026
35
13:46 / 25 May 2026
41
13:41 / 25 May 2026
29
13:38 / 25 May 2026
29
13:36 / 25 May 2026
45
13:31 / 25 May 2026
45
13:16 / 25 May 2026
50
13:10 / 25 May 2026
196
13:07 / 25 May 2026
61
13:03 / 25 May 2026
53
12:54 / 25 May 2026
52
12:16 / 25 May 2026
251
12:02 / 25 May 2026
1263
11:21 / 25 May 2026
72
11:11 / 25 May 2026
72
11:02 / 25 May 2026
79
11:00 / 25 May 2026
64
10:57 / 25 May 2026
61
10:54 / 25 May 2026
247
10:51 / 25 May 2026
64
10:35 / 25 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.