Azərbaycanda tanınmış həkim vəfat etdi
25 May 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1791
16.10.2025, 12:47
Prezident Administrasiyasının sabiq rəhbəri barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev Dənizkənarı Bulvar yaxınlığında ev axtarır. Bu işdə ona Kənan adlı yaxın qohumu vasitəçilik edərək köməklik göstərir.
Oxu24.com xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, R. Mehdiyev ev dustaqlığını məhz Bulvar kənarında yerləşən evlərin birində keçirmək istəyir. Həkim məsləhətinə əsasən, Ramiz Mehdiyev dəniz havasına yaxın ərazidə yaşamalıdır. Lakin onun Novxanı qəsəbəsində yerləşən evi şəhər mərkəzindən uzaq olduğu üçün bu məqsədəuyğun hesab edilmir. Bildirilir ki, onun səhhəti tez-tez pisləşdiyindən ailəsi sağlamlığı ilə bağlı tədbirlər görməyə çalışır.
Kənan adlı vasitəçi Mehdiyevin tapşırığı ilə təxminən 1 milyon – 1 milyon 500 min manat qiymətində, sahəsi 150 kvadratmetrdən çox olan, tam təmirli mənzil axtarır.
Manset.az bu məlumatla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Daha sonra Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə yaradılıb. İlham Əliyev əvvəlcə telefonda danışanın köməkçi olduğunu bildirsə də, az sonra danışığından onun özü olduğu aydın olub. Ona “Ramiz Mehdiyevin Dənizkənarı Bulvar ərazisində 1 milyon manata ev axtardığı” ilə bağlı sual verilib. Sabiq deputat bu məlumatı təkzib etməyib.
Qeyd edək ki, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
15:27 / 25 May 2026
1
15:06 / 25 May 2026
59
15:01 / 25 May 2026
54
14:55 / 25 May 2026
53
14:47 / 25 May 2026
93
14:42 / 25 May 2026
68
14:37 / 25 May 2026
46
14:25 / 25 May 2026
74
14:20 / 25 May 2026
609
14:05 / 25 May 2026
748
14:02 / 25 May 2026
82
13:57 / 25 May 2026
81
13:54 / 25 May 2026
103
13:49 / 25 May 2026
376
13:46 / 25 May 2026
152
13:41 / 25 May 2026
62
13:38 / 25 May 2026
67
13:36 / 25 May 2026
72
13:31 / 25 May 2026
83
13:16 / 25 May 2026
62
13:10 / 25 May 2026
281
13:07 / 25 May 2026
79
13:03 / 25 May 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.