Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May 2026, 14:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2540
16.10.2025, 20:18
Son günlər mal-qara arasında dabaq xəstəliyi yayılıb.
Qeyd olunan xəstəlik səbəbindən xüsusi ilə heyvan satışı bazarlarında durğunluq yaranıb.
Xəstəlik səbəbindən bir çoxları heyvanlarını satışa çıxarsa da,alıcı tapa bilmir. Bu isə heyvanların qiymətinin aşağı düşməsinə gətirib çıxarıb.
Oxu24.com dabaq xəstəliyinin yaratdığı təhlükə və müalicə yolları ilə bağlı suallara aydınlıq gətirmək məqsədi ilə baytarla əlaqə saxlayıb.
Saytımıza açıqlama verən baytar Rəşad Hacızadə bildirib ki,hazırda geniş yayılan dabaq xəstəliyinə vaxtında müdaxilə olunduqda müsbət nəticələr əldə etmək mümkündür.
Bu xəstəliyin ilkin əlamətləri nədir? Fermer heyvanın dabaqa yoluxduğunu necə bilməlidir?
Dabaq xəstəliyinin ilkin kliniki əlamətləri heyvanda temperaturun yüksəlməsi ilə müşahidə olunur. Bu zaman bədən temperaturu 40,5-41,5 dərəcəyə qalxır.
Simptomlar görünəndən 2-3 gün sonra ağız boşluğunda, dildə, burun qanadında, burun aynasında, dırnaq arası nahiyədə, dırnaq tacında və yelində aftalar yaranır.
1-3 gündən sonra həmin şişmələr partlayır. Partlamış aftaların yerində eroziyalar yaranır.
Xəstəlik bütün heyvanlarda eyni cür müşahidə olunur?
Xeyr,bu fərqli də ola bilir. Misal üçün buzovlarda bir qayda olaraq aftalar yaranmır. Xəstəlik qastroenterit formasında keçir. Qoyun və keçilərdə eyni əlamətlər baş verir.
Dabaq xəstəliyinə yoluxan heyvanın görüntüsü:
Dabaqın müalicəsi mümkündürmü?Müalicə necə aparılmalıdır?
Xəstəliyin əlamətləri biruzə verdikdə təqrib diaqnoz qoyulmalıdır.Xəstəlik aşkar edildikdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır
Dabaq itigedişli yüksək kontagioz virus xəstəliyidir. Qızdırma, ağız selik qişasında, dəridə, yelində, dırnaqarası nahiyələrdə aftaların əmələ gəlməsi, cavan heyvanlarda isə miokardın və skelet əzələlərinin zədələnməsi ilə müşayət edilir.
Xəstəliyin törədicisi RNT tərkibli virusdur. Bu xəsdəliyin praflaktik tədbiri yalnızca vaxtı vaxtında peyvəndin vurulmasıdır. Təsərrüfata baytar mütəxxəsisləri gələndə peyvəndin vurulmasından imtina etməməlidirlər.
Bu RNT virusunu, yəni dabaq xəstəliyini sağaltmaq üçün tərkibində turşuluq olan pereparatlardan isdifadə edib, ağız nahiyəsini davamlı şəkildə tərkibi oksitetrasklin olan spreynən dizinfeksiya etmək lazımdır.
Bununla yanaşı el arasında bildiyimiz alça turşusuynan duzu qarışdırıb ağızda olan yaralara çəkmək lazmdır.
Antibiotikə qalsa məsləhət görərəm ki, oksitetrasklin və amoksasilin isdifadə etsinlər.Ona görəki damağda yaranan iltihamlı yaraları amoksasilindən isdifadə etmək yaxşıdır. Bəzi hallarda heyvanın vəziyyətindən aslı olaraq, enstrep isdifadə etmək olar.
Bu dediyim antibiotiklərlə yanaşı vtaminlərdən VİTAMİN C və B12 isdifadə etmək lazmdır.
Miri Məcidli
14:42 / 25 May 2026
1
14:37 / 25 May 2026
12
14:25 / 25 May 2026
46
14:20 / 25 May 2026
205
14:05 / 25 May 2026
473
14:02 / 25 May 2026
60
13:57 / 25 May 2026
62
13:54 / 25 May 2026
75
13:49 / 25 May 2026
258
13:46 / 25 May 2026
131
13:41 / 25 May 2026
54
13:38 / 25 May 2026
53
13:36 / 25 May 2026
64
13:31 / 25 May 2026
71
13:16 / 25 May 2026
57
13:10 / 25 May 2026
252
13:07 / 25 May 2026
71
13:03 / 25 May 2026
66
12:54 / 25 May 2026
61
12:16 / 25 May 2026
269
12:02 / 25 May 2026
1453
11:21 / 25 May 2026
78
11:11 / 25 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.