Sabahdan etibarən iş yoxdur —TARİXLƏR
26 May 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
635
04.10.2025, 09:14
Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından beş il ötür.
Oxu24.com xəbər verir ki, ermənilərin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.
Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan 2023-cü ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə terror qurbanlarını xatirəsini əbədiləşdirmək üçün Gəncə Memorial Kompleksinin açılışını edib.
13:55 / 26 May 2026
1
13:50 / 26 May 2026
19
13:41 / 26 May 2026
40
13:36 / 26 May 2026
173
13:30 / 26 May 2026
62
13:13 / 26 May 2026
52
13:11 / 26 May 2026
78
12:53 / 26 May 2026
63
12:18 / 26 May 2026
86
12:14 / 26 May 2026
90
12:13 / 26 May 2026
72
12:11 / 26 May 2026
91
12:09 / 26 May 2026
74
12:04 / 26 May 2026
276
12:02 / 26 May 2026
83
12:02 / 26 May 2026
73
12:01 / 26 May 2026
80
11:50 / 26 May 2026
120
11:49 / 26 May 2026
69
11:37 / 26 May 2026
84
11:30 / 26 May 2026
83
11:21 / 26 May 2026
81
11:20 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.