Xankəndi məhkəməsinə yeni sədr təyin edildi
26 May 2026, 18:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4129
02.10.2025, 12:50
Baş Prokurorluq uşaq evində seksual zorakılığa görə, 10 il müddətinə azadlıqdan məhrum edilən Məhəmməd Hacıyevin həbsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirilib.
Baş Prokurorluğun Mətbuat xidmətinə Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Məhəmməd Hacıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib və iş üzrə ibtidai istintaq yeşkunlaşdırılaraq ötən il dekabrın 9-da ittiham aktı Xətai rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bu il sentyabrın 23-də məhkəmənin hökmlə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, bu kateqoriya cinayət əməlinə görə qanunda 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxs M.Hacıyev cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığına görə (18 yaşı tamam olmayıb) qanunun tələblərinə əsasən onun barəsində məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Təqsirləndirilən şəxs və onun müdafiəçisinin hökmdən qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə yuxarı məhkəməyə şikayət etmək hüququ var.
"Bununla yanaşı, media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirilməklə zərərçəkmiş şəxsin hüquqlarına hörmətlə yanaşılmasını, məhkəmə prosesinin ədalətliliyi, cəmiyyətin qanunun aliliyinə inamını qorumaq naminə cinayət işlərinə dair məlumatlar paylaşılarkən əsassız fərziyyələr və yanlış şərhlərdən çəkinməyi xahiş edirik", deyə Baş Prokurorluğun məlumatında bildirilib.
18:25 / 26 May 2026
7
18:17 / 26 May 2026
25
18:16 / 26 May 2026
65
18:16 / 26 May 2026
112
17:58 / 26 May 2026
51
17:52 / 26 May 2026
340
17:43 / 26 May 2026
102
17:41 / 26 May 2026
639
17:37 / 26 May 2026
65
17:36 / 26 May 2026
75
17:07 / 26 May 2026
182
17:00 / 26 May 2026
544
16:58 / 26 May 2026
170
16:45 / 26 May 2026
70
16:20 / 26 May 2026
76
16:05 / 26 May 2026
96
15:55 / 26 May 2026
175
15:51 / 26 May 2026
94
15:36 / 26 May 2026
94
15:31 / 26 May 2026
122
15:17 / 26 May 2026
2482
15:15 / 26 May 2026
84
15:09 / 26 May 2026
332
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.