Bu tarixdə qısa iş günü olacaq
25 Dekabr 2025, 19:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
651
02.10.2025, 12:27
Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyələr qazandırır. Belə ki, 1 oktyabr tarixindən etibarən Bir Bonus lotereyası start götürüb.
Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. 15 noyabr 2025-ci il tarixinədək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı Toyota Corolla avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər.
Lotereyada iştirak prosesi çox sadədir. Kapital Bank/Birbank kartları və ya m10 ilə ən azı 5 AZN və daha yuxarı məbləğdə ödəniş 1 şans qazandırır. Birmarket.az saytı və ya Birmarket tətbiqində edilən ödənişlər sahibinə 10 şans gətirir. Bonus balansından 0.50 və yuxarı məbləğdə Bir Bonus xərcləyən iştirakçılar 1 şans, Birmarket.az və Birmarket tətbiqində isə 10 şans qazanırlar.
Aşağıdakı əməliyyatları icra edərək lotereyada şans saylarını artırmaq mümkündür:
Birbank tətbiqində aylıq təklif edilən bonus kateqoriyalarından seçim edib, həmin kateqoriyalarda edilən ödənişlər;
Partnyor mağazada alış-veriş zamanı Bir Bonus barkodunu oxudaraq edilən ödənişlər;
m10 tətbiqində bonus ilə edilən və ya bonus qazandıran ödənişlər;
Birbank və ya m10-da QR funksiyası ilə bonuslarla edilən ödənişlər;
Bir Bonus kabinetini “Trendyol Azərbaycan”da əlaqələndirib edilən ödənişlər;
Bonus kateqoriyası seçib bonus partnyorunda edilən ödənişlər;
Lotereyanın yekununda ümumilikdə 1001 nəfər qalib seçiləcək. Onlardan 1 nəfər lotereyanın superprizi – Toyota Corolla avtomobilini, digərləri isə yüzlərlə bonus qazanacaq.
Həmçinin oxuyun
100 qalib – 200 bonus
200 qalib – 100 bonus
300 qalib – 50 bonus
400 qalib – 20 bonus
Lotereyanın tirajı 16 dekabr 2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
Ətraflı məlumat üçün: http://birbonus.az/ və ya *1001
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
19:53 / 25 Dekabr 2025
22
19:37 / 25 Dekabr 2025
330
19:31 / 25 Dekabr 2025
624
19:24 / 25 Dekabr 2025
61
19:06 / 25 Dekabr 2025
331
19:04 / 25 Dekabr 2025
78
18:09 / 25 Dekabr 2025
1882
18:07 / 25 Dekabr 2025
444
18:05 / 25 Dekabr 2025
49
17:28 / 25 Dekabr 2025
548
17:27 / 25 Dekabr 2025
59
17:25 / 25 Dekabr 2025
53
16:57 / 25 Dekabr 2025
123
16:54 / 25 Dekabr 2025
63
16:45 / 25 Dekabr 2025
219
16:42 / 25 Dekabr 2025
64
16:33 / 25 Dekabr 2025
319
16:22 / 25 Dekabr 2025
57
16:20 / 25 Dekabr 2025
68
16:08 / 25 Dekabr 2025
427
16:02 / 25 Dekabr 2025
70
16:00 / 25 Dekabr 2025
5412
15:58 / 25 Dekabr 2025
1098
15:53 / 25 Dekabr 2025
1260
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.