Hafiz Hacıyev cərimələndi - 70 min manat
26 May 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
583
02.10.2025, 12:16
Payız-qış fəslində köhnə və aşınmış şinlərin istifadəsi ciddi təhlükə yaradır.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı müraciətdə qeyd olunub.
Bildirilib ki, uzaq səfərlər zamanı şinlərdəki nasazlıqlar daha tez üzə çıxır ki, bu da normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına səbəb ola bilir:
"Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır"
Vurğulanıb ki, bəzən də zahirən "yeni" görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanılmaması səbəbindən yararsız olur ki, buda onların istifadəsi zamanı ağır fəsadlara gətirib çıxara bilər:
"BDYPİ sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yarana biləcək çətinlikləri təhlükəsiz dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır. Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun vəziyyətdə olması vacib şərtdir".
19:25 / 26 May 2026
43
19:10 / 26 May 2026
62
19:06 / 26 May 2026
75
18:59 / 26 May 2026
67
18:58 / 26 May 2026
57
18:53 / 26 May 2026
33
18:50 / 26 May 2026
46
18:46 / 26 May 2026
64
18:45 / 26 May 2026
48
18:41 / 26 May 2026
42
18:35 / 26 May 2026
47
18:25 / 26 May 2026
143
18:17 / 26 May 2026
51
18:16 / 26 May 2026
88
18:16 / 26 May 2026
206
17:58 / 26 May 2026
71
17:52 / 26 May 2026
593
17:43 / 26 May 2026
115
17:41 / 26 May 2026
859
17:37 / 26 May 2026
76
17:36 / 26 May 2026
84
17:07 / 26 May 2026
226
17:00 / 26 May 2026
667
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.