Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək
27 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1246
28.09.2025, 00:42
Bu gün mərhum deputat Qənirə Paşayevanın vəfat etdiyi gündür.
O, 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Oxu24.com bildirir ki, Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi.
Əmək Fəaliyyəti
Qənirə Paşayeva 1998-ci ildə ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Qənirə Paşayeva 2005, 2010, 2015, 2020 ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Hindistan, İraq, Misir, Pakistan, Rumıniya, Türkiyə və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərmişdir.
Həmçinin Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilmişdir. O,eyni zamanda, Gürcüstanın fəxri vətəndaşı olub.
Elmi Əsərləri
Qənirə Paşayeva 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi olub. Kitabları: “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” və “Səndən sonra” kitablarının, “Bülbül kimi gül aşiqi” adlı məqalənin sahibidir.
Qənirə Paşayevanın yazdığı şeirlər. Ad günü, Həsrət nəğməsi, Mən səni bu qədər sevməməliydim, Həsrət nəğməsi, Səni gözləyəcəm, Nədən həyat, Bir dünya istəyirəm, istəyirəm, İkimizin yerinə, Ana, Sənsizlik.
Filmoqrafiya
Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
Mənə inanın! (film, 2007)
Ruhum qarabağlıdır (film, 2012)
Somali səfəri
Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.
28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.
29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Subay idi. Firuzə adlı mənəvi qızı var idi.
Allah rəhmət eləsin!
02:51 / 27 May 2026
88
00:25 / 27 May 2026
126
00:19 / 27 May 2026
325
00:19 / 27 May 2026
141
00:17 / 27 May 2026
110
00:08 / 27 May 2026
255
00:01 / 27 May 2026
489
23:59 / 26 May 2026
218
23:56 / 26 May 2026
94
23:55 / 26 May 2026
89
23:48 / 26 May 2026
785
23:47 / 26 May 2026
93
23:40 / 26 May 2026
95
23:29 / 26 May 2026
238
23:27 / 26 May 2026
246
23:22 / 26 May 2026
212
23:18 / 26 May 2026
244
23:15 / 26 May 2026
101
23:13 / 26 May 2026
187
23:02 / 26 May 2026
218
22:58 / 26 May 2026
519
22:49 / 26 May 2026
98
22:45 / 26 May 2026
1502
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.