“Arvad” sözünün dəyişdirilməsi təklifi müzakirə yaratdı – Dilçi ekspert səbəbləri açıqladı
27 May 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
819
24.09.2025, 13:38
Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunaraq SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.
Onun Azərbaycan dövlətinə 2 milyard dollardan çox zərər vurduğu iddia olunur. Eyni zamanda Əhmədzadə müxtəlif maliyyə fırıldaqlarında ittiham olunur.
Oxu24.com Publika.az-a istinadla xəbər verir ki, bir müddət öncə Adnan Əhmədzadənin dostluq münasibəti adı altında ulduz futbolçu Lionel Messini, həmçinin digər ulduz futbolçular - Luis Suares, Serxio Buskets və Xordi Albanı Bakıya gətirməsinə təxminən 3 milyon avro vəsait xərclədiyini ilə bağlı məlumat yayılmışdı. O zaman "qara kassir" ləqəbli yalançı iş adamına yaxın olan şəxslər bunu Adnan Əhmədzadənin şəxsi uğuru kimi təqdim etməyə çalışsalar da, əslində vəziyyət fərqli idi. Leo və dostlarının Bakıya gəlişi milyonlarla avroya başa gəlmişdi. O zaman bu qədər xərcin necə qarşılandığı qeyri-müəyyən idi. Çünki Bakı Kristal Zalında keçirilən tədbir belə xərcləri qarşılamaq üçün yetərli deyildi.
Son hadisələrdən sonra məlum olur ki, Adnan Əhmədzadə Messi və digər ulduzların səfərini məhz Azərbaycan dövlətindən oğurladığı pulların hesabına qarşılayıb və bunun piarı ilə məşğul olub. O, argentinalı ulduz futbolçuya bahalı hədiyyələr edərək münasibətlərini yaxşılaşdırmağa çalışıb ki, bu vəsaitin mənbəyi də artıq heç kimə sirr deyil.
Adnan Əhmədzadənin fırıldaqları bununla bitmir. O, futbol dünyasının əfsanəsi Ronaldinyonun gəlişinə də pul xərcləyib. "Barselona" ilə münasibətlərində də bu məqam rol oynayıb. Əhmədzadə şəxsi münasibətləri hesabına dostlarının övladlarını İspaniya nəhənginə sırımağa müvəffəq olub. Yəqin ki, bu münasibətlərin qurulmasında oğurladığı pullar böyük rol oynayıb.
Adnan Əhmədzadə son illərdə Azərbaycan futbolunda da aktivləşmişdi. O, bir neçə il əvvəl ölkənin köklü klublarından birini ucuz qiymətə almağa cəhd etsə də, uğursuz olub. Lakin ona məxsus olan “Azerbaiian Sport Talents Academy” (ASTA) şirkəti bu ilin əvvəlində "Mingəçevir" klubunu himayəyə götürüb. Kluba yüksək məbləğdə yatırım ediləcəyi ilə bağlı vədlər verilsə də, bu baş verməyib.
Əhməzadəyə məxsus market şəbəkəsi ölkənin aparıcı klubları ilə reklam əməkdaşlığı edib. Həmin klubların hesabına milyonlarla manat yatırılıb. Bu əməkdaşlıqlardan Adnan Əhmədzadə şəxsi piarı üçün yararlanmağa çalışsa da, əslində o, şəxsi vəsaiti deyil, dövlətdən oğurladığı pullar hesabına bunu edirdi
16:34 / 27 May 2026
1
16:30 / 27 May 2026
5
16:23 / 27 May 2026
68
16:22 / 27 May 2026
27
16:20 / 27 May 2026
31
16:00 / 27 May 2026
40
15:54 / 27 May 2026
71
15:30 / 27 May 2026
62
15:24 / 27 May 2026
68
15:19 / 27 May 2026
101
15:13 / 27 May 2026
65
15:10 / 27 May 2026
76
15:01 / 27 May 2026
141
14:38 / 27 May 2026
232
14:25 / 27 May 2026
189
14:22 / 27 May 2026
86
14:11 / 27 May 2026
902
14:03 / 27 May 2026
554
13:50 / 27 May 2026
78
13:40 / 27 May 2026
92
13:30 / 27 May 2026
65
13:15 / 27 May 2026
82
13:10 / 27 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.