“Arvad” sözünün dəyişdirilməsi təklifi müzakirə yaratdı – Dilçi ekspert səbəbləri açıqladı
27 May 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1093
24.09.2025, 13:11
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparıb.
Oxu24.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Məlumata görə, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Qeyd olunub ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Ombudsman vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlayacaq.
16:34 / 27 May 2026
1
16:30 / 27 May 2026
5
16:23 / 27 May 2026
68
16:22 / 27 May 2026
27
16:20 / 27 May 2026
31
16:00 / 27 May 2026
40
15:54 / 27 May 2026
71
15:30 / 27 May 2026
62
15:24 / 27 May 2026
68
15:19 / 27 May 2026
101
15:13 / 27 May 2026
65
15:10 / 27 May 2026
76
15:01 / 27 May 2026
141
14:38 / 27 May 2026
232
14:25 / 27 May 2026
189
14:22 / 27 May 2026
86
14:11 / 27 May 2026
902
14:03 / 27 May 2026
554
13:50 / 27 May 2026
78
13:40 / 27 May 2026
92
13:30 / 27 May 2026
65
13:15 / 27 May 2026
82
13:10 / 27 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.