İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
27 May 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1182
22.09.2025, 20:05
Azərbaycanda şirkətlər son bir ayda 50 kiloqramlıq kisə üçün ən yüksək qiymət 28 manat, ən aşağı qiymət isə 26.50 manat təşkil edirdisə, 18 sentyabr tarixinə bu aralıq 25.80–28 manat arasında dəyişib.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına istinadən xəbər verir. Beləliklə, minimum qiymət 70 qəpik və ya 2.6 faiz ucuzlaşıb, maksimum qiymət isə dəyişməyib.
Qiymət artımı daha çox “AVETA” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz), “KARAT HOLDING” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz) və bir sıra kiçik istehsalçılarda qeydə alınıb. Ən ciddi azalma “Dəvəçi-Dayirman” MMC-də olub, burada qiymət 26.60 manatdan 26 manata enib ki, bu da 2.3 faizlik azalma deməkdir. “Hazartürk LTD” MMC-də qiymət 26.60 manatdan 26.20 manata düşüb, azalma 1.5 faiz təşkil edib. “Dəniz un sənayesi LTD” MMC-də isə 26.60 manatdan 26.50 manata geriləmə qeydə alınıb.
Son dövrlər ümumi bahalaşma fonunda bir sual çıxır ortaya.
Yaxınlarda çörəyin qiymətində də artımları olacaq?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Hazırkı şəraitdə qiymət dəyişikliyini çörək istehsalında istifadə olunan bütün xərclərə böldükdə ortaya çıxan məbləğ o qədər kiçikdir ki, bunun bazarda real çörək qiymətinə nəzərəçarpacaq müsbət və ya mənfi təsir göstərməsi gözlənilmir.
Üstəlik nəzərə almaq lazımdır ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlər kateqoriyasına daxildir. Bu səbəbdən hətta istehsal xərclərində və ya bazar qiymətlərində ciddi azalma müşahidə edilsə belə, bu dəyişiklik dərhal çörəyin qiymətinə yansımır. Təcrübə göstərir ki, çörəyin qiymətində əsaslı dəyişikliklər adətən 3–4 ay gecikmə ilə özünü göstərir. Bütün bu reallıqlar fonunda yaxın perspektivdə çörəyin qiymətində hər hansı ciddi dəyişiklik gözlənilmir".
22:41 / 27 May 2026
2
22:35 / 27 May 2026
17
22:31 / 27 May 2026
17
22:25 / 27 May 2026
42
22:15 / 27 May 2026
35
22:11 / 27 May 2026
79
21:53 / 27 May 2026
341
21:23 / 27 May 2026
73
21:18 / 27 May 2026
248
21:16 / 27 May 2026
72
21:05 / 27 May 2026
430
20:53 / 27 May 2026
79
20:51 / 27 May 2026
92
20:41 / 27 May 2026
115
20:33 / 27 May 2026
650
20:29 / 27 May 2026
87
20:25 / 27 May 2026
94
20:12 / 27 May 2026
81
19:55 / 27 May 2026
104
19:45 / 27 May 2026
70
19:34 / 27 May 2026
80
19:32 / 27 May 2026
65
19:27 / 27 May 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.