Rövşən Nəcəf mühüm görüş keçirib - SOCAR AÇIQLADI
29 May 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
16.09.2025, 11:06
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya və təxliyə işıqlandırıcıları ilə tam təmin edilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur;
- odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- tüstü borusu yanğın təhlükəsizliyi tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin zirzəmisi təyinatına uyğun olmayaraq anbar kimi istifadə edilir və orada yanar materialların saxlanılmasına yol verilir;
- obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yanğın təhlükəli effekt verən (qığılcım yaradan) pirotexniki vasitələrdən istifadə olunur;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


00:11 / 29 May 2026
4
00:04 / 29 May 2026
1
23:59 / 28 May 2026
37
23:55 / 28 May 2026
69
23:51 / 28 May 2026
3893
23:33 / 28 May 2026
134
23:26 / 28 May 2026
65
23:21 / 28 May 2026
261
23:19 / 28 May 2026
59
23:01 / 28 May 2026
55
22:49 / 28 May 2026
164
22:43 / 28 May 2026
103
22:39 / 28 May 2026
152
22:35 / 28 May 2026
181
22:32 / 28 May 2026
215
22:28 / 28 May 2026
74
22:26 / 28 May 2026
99
22:20 / 28 May 2026
5292
22:12 / 28 May 2026
65
22:00 / 28 May 2026
79
21:53 / 28 May 2026
95
21:51 / 28 May 2026
81
21:42 / 28 May 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.