Rövşən Nəcəf mühüm görüş keçirib - SOCAR AÇIQLADI
29 May 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
760
16.09.2025, 10:41
Nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə AYNA tərəfindən Bakının Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.
AYNA-dan Oxu24.com-a verilən məlumata görə, dəyişikliklərə əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.
Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərdə tutulub. Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.
Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən “Gənclik” metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.
Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından – əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər.
Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.
Atatürk prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə metronun “Gənclik” stansiyası istiqamətində getmək istədikdə parkın yanından birbaşa birinci döngədən istifadə etməli olacaqlar.
Əlövsət Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda, Həsən Əliyev küçəsi ilə kəsişmədə yalnız sola – metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət etmələrini təmin edəcək.
Sürücülərin dəyişiklikləri rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.
Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri təşkil olunacaq.
Daha bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsində əlavə hərəkət zolağı təşkil olunmaqla bu istiqamətdə 3 hərəkət zolağı təmin ediləcək. Əks istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq.
Qeyd edək ki, layihə Bakının “rəqəmsal əkiz”i üzərində simulyasiya edilərək hazırlanıb.
00:11 / 29 May 2026
4
00:04 / 29 May 2026
1
23:59 / 28 May 2026
37
23:55 / 28 May 2026
69
23:51 / 28 May 2026
3893
23:33 / 28 May 2026
134
23:26 / 28 May 2026
65
23:21 / 28 May 2026
261
23:19 / 28 May 2026
59
23:01 / 28 May 2026
55
22:49 / 28 May 2026
164
22:43 / 28 May 2026
103
22:39 / 28 May 2026
152
22:35 / 28 May 2026
181
22:32 / 28 May 2026
215
22:28 / 28 May 2026
74
22:26 / 28 May 2026
99
22:20 / 28 May 2026
5292
22:12 / 28 May 2026
65
22:00 / 28 May 2026
79
21:53 / 28 May 2026
95
21:51 / 28 May 2026
81
21:42 / 28 May 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.