Ucarda qadını ilan sancdı
29 May 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
649
16.09.2025, 09:33
Yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Dr. Müberra Hraloğlu sepsisin ölümcül nəticələri barədə xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, onun sözlərinə görə, orqanizmin bakteriya, virus, göbələk və ya parazitlərin yaratdığı infeksiyalara qarşı həddindən artıq və nəzarətsiz immun reaksiyası nəticəsində inkişaf edən sepsis vaxtında aşkarlanmadıqda sürətlə irəliləyir və ölümlə nəticələnə bilər.
Statistikaya əsasən, sepsis hər il dünyada təxminən 50 milyon insana təsir edir və onların 11 milyonu həyatını itirir.
Dr. Hraloğlu bildirib ki, xəstəlik yalnız xroniki xəstələr üçün deyil, zahirən sağlam görünən insanlar üçün də təhlükə yaradır:
"Sepsisin ən böyük riski onun çox tez pisləşə bilməsidir. Hətta sağlam görünən bir insan qısa müddətdə həyati təhlükə ilə üz-üzə qala bilər", - deyə mütəxəssis vurğulayıb.
Risk qrupuna xüsusilə yaşlılar, körpələr, immun sistemi zəif olan şəxslər və xroniki xəstəlikləri olanlar daxildir. Reanimasiyada müalicə alan pasiyentlər də sepsisin yüksək riski altındadır.
Əlamətlər nələrdir?
Sepsis digər infeksiyalarla qarışdırıla bilər. Mütəxəssis xəbərdarlıq edir ki, aşağıdakı əlamətlərdə diqqətli olmaq lazımdır:
yüksək hərarət
sürətli nəbz
nəfəs darlığı
çaşqınlıq
ağır halsızlıq
Dr. Hraloğlu qeyd edib ki, vaxtında müdaxilə həyat qurtara bilər: antibiotiklərin istifadəsi və reanimasiya dəstəyi müalicənin əsas hissəsidir. Lakin ən təsirli yanaşma profilaktikadır:
gigiyena qaydalarına riayət etmək,
peyvənd olunmaq,
infeksiya əlamətlərini vaxtında qiymətləndirmək.Milli.Az
00:18 / 29 May 2026
27
00:11 / 29 May 2026
135
00:04 / 29 May 2026
43
23:59 / 28 May 2026
47
23:55 / 28 May 2026
157
23:51 / 28 May 2026
3954
23:33 / 28 May 2026
159
23:26 / 28 May 2026
68
23:21 / 28 May 2026
325
23:19 / 28 May 2026
68
23:01 / 28 May 2026
64
22:49 / 28 May 2026
178
22:43 / 28 May 2026
108
22:39 / 28 May 2026
159
22:35 / 28 May 2026
186
22:32 / 28 May 2026
232
22:28 / 28 May 2026
78
22:26 / 28 May 2026
103
22:20 / 28 May 2026
5358
22:12 / 28 May 2026
69
22:00 / 28 May 2026
82
21:53 / 28 May 2026
99
21:51 / 28 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.