Qaynar xətt:

(+99450) 247 90 86

“AzInTelecom" şəhid övladlarına dəstək göstərib 

news/2025_09_10/sehid_destek_1757490402.jpg

CƏMİYYƏT

438

10.09.2025, 11:44

Yeni tədris ili öncəsi “AzInTelecom”un dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında “Məktəbli ləvazimatları” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində 1500-ə yaxın şəhid övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib. Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos, stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.

“AzInTelecom” üçün gənc nəslin təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət daha əvvəl “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “Hədiyyə karvanı” layihəsinə də dəstək göstərib. “AzInTelecom” hər zaman bu istiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyan edir.