20 şagird zəhərlənib -TƏCİLİ
05 Dekabr 2025, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
884
10.09.2025, 10:09
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Oxu24.com-un xəbərinə görə, çağırışda qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Vurğulanıb ki, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir: “Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur”.
Həmçinin oxuyun
Müraciətdə təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunub.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq həftəsonunadək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
16:07 / 05 Dekabr 2025
21
16:01 / 05 Dekabr 2025
14
15:50 / 05 Dekabr 2025
28
15:45 / 05 Dekabr 2025
23
15:43 / 05 Dekabr 2025
29
15:38 / 05 Dekabr 2025
51
15:18 / 05 Dekabr 2025
801
15:07 / 05 Dekabr 2025
84
15:00 / 05 Dekabr 2025
68
14:52 / 05 Dekabr 2025
211
14:32 / 05 Dekabr 2025
73
14:28 / 05 Dekabr 2025
493
14:24 / 05 Dekabr 2025
89
14:01 / 05 Dekabr 2025
58
14:00 / 05 Dekabr 2025
126
13:48 / 05 Dekabr 2025
570
13:21 / 05 Dekabr 2025
56
13:18 / 05 Dekabr 2025
60
13:12 / 05 Dekabr 2025
61
13:02 / 05 Dekabr 2025
81
12:53 / 05 Dekabr 2025
265
12:46 / 05 Dekabr 2025
70
12:41 / 05 Dekabr 2025
576
12:36 / 05 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.