20 şagird zəhərlənib -TƏCİLİ
05 Dekabr 2025, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
453
10.09.2025, 09:41
Son illər payız aylarında göbələk zəhərlənmələri ilə bağlı hallar artıb.
Oxu24.com xəbər verir ki, əsasən, meşəlik və dağlıq ərazilərdən toplanan yabanı göbələklərin düzgün tanınmaması bir çox hallarda ağır fəsadlara, hətta ölümlə nəticələnən zəhərlənmələrə səbəb olur.
Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, görünüşcə bir-birinə bənzəyən bəzi göbələklərdən bəziləri çox zəhərlidir və onları yeməli növlərdən ayırmaq təcrübəsiz şəxslər üçün çox çətindir. Bu səbəbdən, xüsusilə bazarlarda və yol kənarlarında satılan, mənşəyi bəlli olmayan göbələklərin alınmaması tövsiyə olunur.
Ekspert qeyd edib ki, zəhərlənmədən qorunmaq üçün yalnız etibarlı mənbədən alınmış göbələklərdən istifadə edin. Mağazalarda satılan, qablaşdırılmış və nəzarətdən keçmiş göbələklərə üstünlük verin. Özünüz topladığınız göbələyi 100% tanımırsınızsa, istifadə etməyin. Yabanı göbələk yığımı peşəkar bilik tələb edir:
Həmçinin oxuyun
"Zəhərli göbələklərin əksəriyyəti qoxusuna, rənginə və dadına görə tanınmır. "Pis qoxulu olur" və ya "rəngi qaralmırsa, zəhərli deyil" kimi inanclara aldanmayın. Uşaqlara və yaşlılara yabanı göbələk verməkdən çəkinin. Onların immun sistemi daha həssasdır və zəhərlənməyə qarşı dözümsüz ola bilərlər.Zəhərlənmə əlamətləri gördükdə dərhal həkimə müraciət edin. Ürəkbulanma, qusma, qarın ağrısı, başgicəllənmə və ishal kimi hallar ciddi zəhərlənmə əlamətləri ola bilər".
Ekspert əlavə edir ki, zəhərli göbələklərin bəziləri ilk saatlarda heç bir əlamət vermir və zəhərlənmə bir neçə saatdan sonra ortaya çıxır. Bu isə diaqnoz və müalicəni daha da çətinləşdirir:
"Təbiətdən toplanan göbələk cazibədar və ləzzətli görünsə də, ehtiyatsızlıq həyat üçün təhlükə yarada bilər. Bir neçə kiloqramlıq göbələk deyil, cəmi bir tikə zəhərli göbələk belə ölümcül ola bilər".
16:30 / 05 Dekabr 2025
11
16:25 / 05 Dekabr 2025
25
16:07 / 05 Dekabr 2025
56
16:01 / 05 Dekabr 2025
23
15:50 / 05 Dekabr 2025
40
15:45 / 05 Dekabr 2025
34
15:43 / 05 Dekabr 2025
39
15:38 / 05 Dekabr 2025
75
15:18 / 05 Dekabr 2025
1030
15:07 / 05 Dekabr 2025
101
15:00 / 05 Dekabr 2025
74
14:52 / 05 Dekabr 2025
343
14:32 / 05 Dekabr 2025
80
14:28 / 05 Dekabr 2025
530
14:24 / 05 Dekabr 2025
105
14:01 / 05 Dekabr 2025
62
14:00 / 05 Dekabr 2025
131
13:48 / 05 Dekabr 2025
603
13:21 / 05 Dekabr 2025
60
13:18 / 05 Dekabr 2025
66
13:12 / 05 Dekabr 2025
66
13:02 / 05 Dekabr 2025
87
12:53 / 05 Dekabr 2025
271
12:46 / 05 Dekabr 2025
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.