Bu yazıçılar Nazirlikdən pul alacaq -Siyahıda Kəramət də var
13 Dekabr 2025, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2965
09.09.2025, 16:08
Azərbaycanda pensiyalar sonuncu dəfə 2025-ci il yanvarın 1-dən indeksləşdirilərək 8,1% artırılıb və bu artım təxminən 1,1 milyon pensiyaçıya şamil olunub. Eyni zamanda minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb.
Sosial müavinətlərin məbləğləri isə 2025-ci il iyulun 1-dən Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən artırılıb.
Oxu24.com xəbər verir ki, Azərbaycanda pensiya və sosial müavinət artımları ilə bağlı Metbuat.az-ın sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ildən etibarən əmək pensiyaları indeksləşdirilərək artırılacaq:
Həmçinin oxuyun
“Bu, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğundur və artıq növbəti ilin yanvarından etibarən 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu artımlar əmək pensiyası alan bütün vətəndaşlar üçün nəzərdə tutulur. Söhbət 100 min-dən artıq vətəndaşın pensiyasının indeksləşdirilərək artırılmasından gedir. Həm yaşa görə, həm əlilliyə görə, həm də valideyn itirməyə görə əmək pensiyası alan vətəndaşların pensiya məbləği gələn ildən etibarən indeksləşdirmə nəticəsində artacaq”.
Millət vəkili qeyd edib ki, sosial qanunvericiliyin mütəmadi təkmilləşdirilməsi Milli Məclisin əsas fəaliyyətlərindən biridir:
“Əmək və sosial siyasət komitəsi tərəfindən müzakirə edilən qanun layihələri və gələcəkdə müzakirəyə çıxarılacaq layihələr birbaşa sosial təminatın və müdafiənin gücləndirilməsinə, həmçinin bu istiqamətdə qanunverici bazanın təkmilləşdirilməsinə xidmət edir. Bütövlükdə qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritet olaraq qalır və bununla bağlı mütəmadi təkliflərin təqdimatı və layihələrin müzakirəsi müşahidə olunur. Sözsüz ki, artımların, xüsusən də əməkhaqqı və pensiya artımlarının müəyyən edilməsi Milli Məclisin səlahiyyətinə daxil deyil. Cənab Prezident tərəfindən sərəncam imzalandıqdan sonra qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır. Milli Məclis bu istiqamətdə qanunvericiliyi formalaşdırır. Minimum pensiya ilə bağlı qanun minimum əmək haqqı ilə əlaqələndirilir”, - deyə Vüqar Bayramov əlavə edib.
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.