Qaraciyəriniz bu qidalara möhtacdır – Mütəxəssislər siyahını açıqladı
17 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
698
07.09.2025, 09:15
Mütəxəssislər yaşıl rəngə çalan kartofun sağlamlıq üçün təhlükəli olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki, RОSBİOTEX-in dosenti Polina Kulaç "gazeta"ya bildirib ki, yaşıl kartof təkcə "iştahsız görünən" deyil, həm də zəhərli ola bilər. Risklərdən qorunmağın ən yaxşı yolu düzgün saxlama və yeməkdən əvvəl diqqətlə yoxlamaqdır.
Günəş işığı altında və 4 dərəcədən yuxarı temperaturda saxlanma nəticəsində kartofda solanin adlı zəhərli maddənin miqdarı kəskin artır.
Onun sözlərinə görə, işıqda qalan kartofda xlorofil (zərərsiz piqment) və solanin eyni vaxtda sintez olunur. Solaninin cəmi 2-5 milliqramı insanın hər kiloqram çəkisinə düşdükdə zəhərlənmə yarada bilər. Bu, ürəkbulanma, qusma, qarın ağrısı, başgicəllənmə, ağır hallarda isə halüsinasiyalar və sinir sisteminin pozulması ilə müşahidə olunur. Bişirmə və qızartma toksinin yalnız bir hissəsini məhv edir, yəni təhlükə qalır.
Ekspert bildirib ki, solanin qana düşdükdə ürək-damar, sinir, tənəffüs və ifrazat sistemlərinə zərər vurur, çox miqdarda olduqda tənəffüsün dayanmasına, əzaların iflicinə və hətta ürək dayanmasına səbəb ola bilər. Ən çox risk altında olanlar uşaqlar, hamilə qadınlar və həzm sistemi xroniki xəstəlikləri olan insanlardır.
Kulaç tövsiyə edib ki, kartof qaranlıq və sərin yerdə saxlanılsın, azacıq yaşıl olan hissələr isə qabıqla birlikdə 1-2 santimetr dərinlikdə kəsilib atılsın. Çox pozulmuş və cücərmiş kartofun yeyilməsi təhlükəlidir, onu yalnız əkində istifadə etmək olar.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.