Onlar vəzifələrini itirdilər - ADLAR
05 Dekabr 2025, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1345
06.09.2025, 14:38
Bu gün şəhid Elyar Mirzəyevin doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı,41 yaşını qeyd edəcəkdi.
Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib.
O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub.
Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib.
Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb.
Həmçinin oxuyun
2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir.
Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib.
Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb. O, 2006-2007-ci illərdə "Mil" futbol klubunun tərkibində Respublika həvəskarlar liqasında Azərbaycan çempionu olub, eyni zamanda ölkə kubokunu qazanıb. Bir müddətdən sonra yenidən Bakıya qayıdaraq EKOL MFK-da (mini futbol klubu) məşqlər keçib, sonra yenidən rayona gəlib. Hərbi xidməti dövründə də futbol karyerısanı davam etdirən Elyar 2019-cu ildə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında ikinci ordu korpusunun komandası tərkibində ordu çempionu olub.
2002-ci ilin oktyabrın 10-da Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. Sonradan 2016-cı ildə isə ailə üzvlərinə xəbər vermədən sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. Yaxınlarının sözlərinə görə, Elyarın hərb sənətinə uşaqlıqdan xüsusi marağı olub. Lakin o, evin tək uşağı olduğuna görə, hərbçi olmaq istəyinə valideynlərinin verəcəyi reaksiyadan çəkinirmiş. Buna görə də, bu barədə ailəsinə işə başladıqdan sonra məlumat verir. Elyar qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşır, dəfələrlə fəxri fərman və təşəkkürnamələr ilə təltif olunur.
2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Həmin vaxtlar ailəsi ilə də əlaqə saxlamağı da unutmur, onlara zəng vurub, ürək-dirək verir, hər şeyin yaxşı olacağını deyirdi. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elyar Mirzəyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
15:18 / 05 Dekabr 2025
43
15:07 / 05 Dekabr 2025
35
15:00 / 05 Dekabr 2025
48
14:52 / 05 Dekabr 2025
82
14:32 / 05 Dekabr 2025
51
14:28 / 05 Dekabr 2025
366
14:24 / 05 Dekabr 2025
56
14:01 / 05 Dekabr 2025
49
14:00 / 05 Dekabr 2025
110
13:48 / 05 Dekabr 2025
491
13:21 / 05 Dekabr 2025
52
13:18 / 05 Dekabr 2025
55
13:12 / 05 Dekabr 2025
51
13:02 / 05 Dekabr 2025
74
12:53 / 05 Dekabr 2025
259
12:46 / 05 Dekabr 2025
65
12:41 / 05 Dekabr 2025
542
12:36 / 05 Dekabr 2025
89
12:34 / 05 Dekabr 2025
429
12:32 / 05 Dekabr 2025
43
12:32 / 05 Dekabr 2025
47
12:22 / 05 Dekabr 2025
59
12:03 / 05 Dekabr 2025
1863
11:55 / 05 Dekabr 2025
60
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.