Bu yazıçılar Nazirlikdən pul alacaq -Siyahıda Kəramət də var
13 Dekabr 2025, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
483
28.08.2025, 00:41
Son illərdə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəzərəçarpacaq həddə çatıb. Alimlər və ekoloqlar bildirirlər ki, iqlim dəyişikliyi, havaların isti keçməsi, uzunmüddətli quraqlıqlar, həmçinin Xəzərə axan çayların sularının azalması bu prosesin əsas səbəblərindəndir. Mütəxəssislərin sözlərinə görə, suyun səviyyəsi ildən-ilə geri çəkilir və bəzi sahilboyu ərazilərdə qumluqlar, torpaq sahələri üzə çıxmağa başlayıb.
Bəs Xəzər dənizinin belə qurumağa davam etməsi hansı problemlər yarada bilər?
Oxu24.com xəbər verir ki, məsələni News24.az-a şərh edən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bu proses birbaşa Xəzərin özü ilə deyil, xarici təbii amillərlə əlaqədardır.
"Kənardan gələn hava axınlarının təsiri mühüm rol oynayır. Xəzər dənizi təqribən 4 milyon kvadratkilometrlik ərazidən qidalanır. Yəni, əsasən çayların gətirdiyi sular hesabına dolur. Bu suyun 80-85 faizi Ural və Volqa çaylarının payına düşür. Qalan hissə isə nisbətən kiçikhəcmli çaylardan gəlir. Əgər həmin çayların mənbə ərazilərində iqlim problemləri yaranırsa, bu, birbaşa Xəzərə təsir edir".
Həmçinin oxuyun
Ənvər Əliyev qeyd edib ki, hazırda həmin regionlarda ciddi quraqlıqlar müşahidə olunur:
"Xəzərin su topladığı ölkələrdə vəziyyət ürəkaçan deyil. Təəssüf ki, son illərdə quraqlıq halları güclənib. Xüsusilə son 1-2 ayda Qərbdən gələn rütubətli hava axınlarının azalması nəticəsində həm Azərbaycanda, həm də qonşu dövlətlərdə yağıntılar azalıb. Bu da öz növbəsində çayların suyunu azaldır və Xəzərin səviyyəsinə mənfi təsir göstərir".
AMEA rəsmisi əlavə edib ki, vəziyyət təkcə Xəzər regionu ilə məhdudlaşmır, mərkəzi Avropanın özündə də yağıntılar nəzərəçarpacaq dərəcədə azalıb, quraqlıq prosesləri güclənib.
14:38 / 13 Dekabr 2025
1
14:28 / 13 Dekabr 2025
18
14:22 / 13 Dekabr 2025
19
14:12 / 13 Dekabr 2025
92
13:14 / 13 Dekabr 2025
405
13:07 / 13 Dekabr 2025
198
12:58 / 13 Dekabr 2025
114
12:16 / 13 Dekabr 2025
782
12:08 / 13 Dekabr 2025
89
11:44 / 13 Dekabr 2025
67
11:30 / 13 Dekabr 2025
75
11:09 / 13 Dekabr 2025
851
11:07 / 13 Dekabr 2025
378
10:25 / 13 Dekabr 2025
1058
09:15 / 13 Dekabr 2025
859
09:06 / 13 Dekabr 2025
557
08:45 / 13 Dekabr 2025
126
08:37 / 13 Dekabr 2025
152
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1099
00:01 / 13 Dekabr 2025
741
23:20 / 12 Dekabr 2025
667
23:12 / 12 Dekabr 2025
126
22:41 / 12 Dekabr 2025
16367
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.