Qaynar xətt:

(+99450) 247 90 86

Vatsapdan daha bir yenilik 

2019-05/1557853103_vhatsap.jpg

CƏMİYYƏT

494

22.08.2025, 09:10

Vatsap digər şəxs zəngə cavab vermədikdə səsli mesaj buraxmağa imkan verən avtomatik cavab verən funksiyanı təqdim edib.

Oxu24.com xəbər verir ki  bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Belə ki, yenilik vatsapın Android üçün 2.25.23.21 nömrəsi altında beta versiyasında müşahidə edilib. Tətbiqin bu versiyasının zəng interfeysində “Zəngi bitir” və “Yenidən zəng et” arasında yerləşən “Səsli mesajı yaz” düyməsi görünür.

Düyməni basdığınız zaman qeyd avtomatik olaraq başlayır, daha sonra buraxılmış zəng bildirişi ilə birlikdə söhbətə göndərilir. Hər iki bildiriş birləşdirilərək istifadəçiyə aralarındakı əlaqəni başa düşməyə imkan verir.