“SOCAR PETROLEUM” benzinlə bağlı AÇIQLAMA YAYDI
17 Noyabr 2026, 09:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1340
21.08.2025, 13:46
Azərbaycanda ət məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bazarlarda mal ətinin kiloqramı 30 manata qədər qalxacağı ilə bağlı məlumatlar yayılıb. Artan qiymətlər xüsusən də ailə büdcəsi məhdud olan və gündəlik rasionunda ət məhsullarına yer verən vətəndaşları narahat edir. Sosial şəbəkələrdə də ətin bahalaşması ciddi müzakirələr doğurub.
Ət məhsullarının qiymətində artımın əsas səbəbləri hansılardır – daxili bazardakı təklif-tələb balansı, yoxsa idxaldan asılılıq?
Qiymətlərin 30 manata qədər bahalaşması realdırmı, yoxsa süni şayiələrdir?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bahalaşma ola bilər. Çünki ildən-ilə qoyun və keçilərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların azalması, (iribuynuzlular məhv olub gedir) iqtisadi tərəfdən yemlərin bahalaşması, örüş yerlərinin olmaması, meqapolis həyat, insanların fermerliyə, bazarda rəqabətə marağının olmaması, monopoliya təbii ki, heyvanların azalmasına və bahalaşmaya gətirib çıxarır.
A. Salamovun sözlərinə görə, kəndlinin əzildiyi bir dövrdə yaşayırıq. Məmur işbazların kəndliyə verdiyi xəstə heyvanları da mediada videolardan gördük. Bu da kəndlinin ələ salınması deməkdir. Nə vaxta kimi kəndli əziləcək, dəstək olunmayacaq o zaman da ildən-ilə bahalaşmalar olacaq. Hətta növbəti illərdə də süni ətin meydana gəlməsi prosesi də baş verə bilər. Çünki artıq süni ətin yayılması dünyada baş verib.
Qida üzrə mütəxəssis, ekspert qeyd edir ki, bu gedişlə qoyun ətinin bu dəqiqə 21-25 manat arasında dəyişdiyini görürük. Bu da 2026-cı ildə qoyun ətinin 30 manata qədər artmasına gətirib çıxara bilər. Buna da səbəb yuxarıda qeyd etdiyim problemlərdən qaynaqlanır.
Ekspert əlavə edib ki, kəndlinin böyüdülməkdə və kökəldilməkdə olan sürülər nə qədər çox olsa, rəqabət də çox olar. Rəqabət çox olanda inəyin, qoyunun, dananın, keçinin sayı da çoxalar. Say çoxaldıqca, qiymət də aşağı düşəcək. Pomidorun qiyməti aşağı düşdü. Çünki rus bazarı bağlandı, Xaçmaz pomidorunun indi yeşiyi 5 manatdır. Vaxt var idi biz pomidorun kilosunu 5 manata alırdıq. Çünki indi rəqabət yarandı və bazarlarda bolluq oldu. Deməli, biz daxili təsərrüfatımızı genişləndirsək, kəndliyə hər bir şərait yaratsaq, kəndlinin maraqları və güvənləri olsa, o zaman sürülərin də sayı çoxalacaq, örüş yerləri də olacaq, bazarda rəqabət də olacaq və beləliklə, qiymət aşağı düşəcək. Amma bu gedişlə, yəni, daxildə olan problemlərlə qiymətin aşağı düşməsi absurddur. Qiymət artımı təəssüflər olsun ki, gözləniləndir.
09:33 / 17 Noyabr 2026
200
09:31 / 17 Noyabr 2026
13
09:28 / 17 Noyabr 2026
29
09:25 / 17 Noyabr 2026
37
09:11 / 17 Noyabr 2026
56
09:04 / 17 Noyabr 2026
62
08:26 / 17 Noyabr 2026
28
00:49 / 17 Noyabr 2026
162
00:34 / 17 Noyabr 2026
349
00:17 / 17 Noyabr 2026
154
23:58 / 16 Noyabr 2026
159
23:37 / 16 Noyabr 2026
180
23:33 / 16 Noyabr 2026
153
23:25 / 16 Noyabr 2026
148
23:07 / 16 Noyabr 2026
144
22:57 / 16 Noyabr 2026
153
22:47 / 16 Noyabr 2026
170
22:30 / 16 Noyabr 2026
151
22:25 / 16 Noyabr 2026
211
22:21 / 16 Noyabr 2026
317
22:10 / 16 Noyabr 2026
186
21:59 / 16 Noyabr 2026
152
21:52 / 16 Noyabr 2026
192
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.