Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
476
21.08.2025, 11:03
Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin doğum günüdür.
Oxu24.com xəbər verir ki, Rəşad Museyib oğlu Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1985-ci ildə "Elm və həyat" jurnalında korrektor kimi başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib.
1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb.
1991–1992-ci illərdə əvvəlcə "Ədalət" və "Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini olub.
1992-ci ildə "525-ci qəzet"i təsis edib.
1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub.
1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb.
Həmçinin oxuyun
1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.
2003-cü il martın 15-də keçirilən Azərbaycan Mətbuat Şurasının təsis qurultayında (Azərbaycan Jurnalistlərinin I Qurultayı) Rəşad Məcid qurultayın iclaslarının əsas aparıcılarından biri olub, Şuranın İdarə Heyətinin üzvü seçilib. Azərbaycan jurnalistlərinin bütün hesabat-seçki qurultaylarında Mətbuat Şurasının İdarə Heyətinə üzvlüyü yüksək səs çoxluğu ilə dəstəklənib.
Azərbaycan Prezidentinin sərəncamına əsasən, 2004 və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub.
2016 və 2020-ci illərdə dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib.
Müxtəlif illərdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunub.
2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib.
2021-ci ilin iyul ayından Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.
Rəşad Məcid ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Polşa, Yunanıstan, Kipr, Cənubi Koreya, Küveyt, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdə mətbuat və ədəbiyyatla bağlı keçirilmiş bir çox tədbirlərin iştirakçısı olub, dəfələrlə Avropa Şurasının Parlament Assambleyasının Fransanın Strasburq şəhərində keçirilmiş iclas və toplantılarında mətbuat nümayəndəsi kimi Azərbaycanı təmsil edib.
Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
Oxu24.com kollektivi adından dəyərli Rəşad müəllimi təbrik edir,ona gələcək işlərində və şəxsi həyatında uğurlar arzu edirik.
18:02 / 13 Dekabr 2025
17
17:43 / 13 Dekabr 2025
416
17:09 / 13 Dekabr 2025
43
16:55 / 13 Dekabr 2025
198
15:58 / 13 Dekabr 2025
69
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
81
15:08 / 13 Dekabr 2025
1995
14:50 / 13 Dekabr 2025
77
14:38 / 13 Dekabr 2025
113
14:28 / 13 Dekabr 2025
106
14:22 / 13 Dekabr 2025
89
14:12 / 13 Dekabr 2025
292
13:14 / 13 Dekabr 2025
1603
13:07 / 13 Dekabr 2025
1096
12:58 / 13 Dekabr 2025
821
12:16 / 13 Dekabr 2025
1193
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
986
11:07 / 13 Dekabr 2025
451
10:25 / 13 Dekabr 2025
1193
09:15 / 13 Dekabr 2025
918
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.