Zakir Həsənov işə çıxdı:Onlarla görüşdü
17 Noyabr 2026, 09:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1179
20.08.2025, 12:06
Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb.
Oxu24.com-un məlumatına görə, bunu deputat Vüqar Bayramov bildirib.
İqtisadçı millət vəkili qeyd edib ki, həmin müddətdə Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib: “Körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanıdır. Bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14 min 779 nəfər olub”.
V.Bayramovun sözlərinə görə, sözügedən müddət ərzində Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub: “Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi saya təsirsiz ötüşməyib. Eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır”.
Deputatın sözlərinə görə, ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər təsdiq edir ki, yeni gəlmə destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var: “Strareji tərəfdaşlığımız olan dövlətlər ilə, xüsusən də Çin ilə turizm sahəsində güclü əməkdaşlıq aktualdır. Çinin böyük getmə turizm potensialının olmasına baxmayaraq hələ də həmin ölkədən gələn turistlərin sayı ümumi əcnəbilərin cəmi 2.3 faizini təşkil edir. Halbuki, potensial və imkanlar daha böyükdür”.
V.Bayramov xatırladıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: “Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Gəlmə turistlərin sayının azalması isə yeni çağrışları daha da aktuallaşdırır”.
10:00 / 17 Noyabr 2026
6
09:58 / 17 Noyabr 2026
1
09:54 / 17 Noyabr 2026
78
09:45 / 17 Noyabr 2026
32
09:43 / 17 Noyabr 2026
50
09:36 / 17 Noyabr 2026
51
09:33 / 17 Noyabr 2026
306
09:31 / 17 Noyabr 2026
70
09:28 / 17 Noyabr 2026
90
09:25 / 17 Noyabr 2026
71
09:11 / 17 Noyabr 2026
78
09:04 / 17 Noyabr 2026
82
08:26 / 17 Noyabr 2026
66
00:49 / 17 Noyabr 2026
164
00:34 / 17 Noyabr 2026
354
00:17 / 17 Noyabr 2026
155
23:58 / 16 Noyabr 2026
162
23:37 / 16 Noyabr 2026
181
23:33 / 16 Noyabr 2026
155
23:25 / 16 Noyabr 2026
152
23:07 / 16 Noyabr 2026
144
22:57 / 16 Noyabr 2026
156
22:47 / 16 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.