Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1702
12.08.2025, 21:49
"Mənim artıq 79 yaşım var və görünür ki, sülh sazişi imzalanana qədər 80 yaşımı da keçəcəyəm. Buna görə də real olaraq həmin işi özümün icra etməyim mümkün deyil".
Bu sözləri “Yeni Sabah”a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov deyib.
Bildirək ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin şərtlərindən biri də iki ölkə arasında diplomatik münasibətlərin yaranması və müvafiq nümayəndəliklərin yaradılmasıdır. Daha konkret desək, Bakıda Ermənistanın, İrəvanda isə Azərbaycanın səfirliyi fəaliyyətə başlayacaq. pizza
Erməni cəmiyyətini yaxından tanıyan Misir Mərdanovun səfirliyə rəhbərlik etmək ehtimalı haqda fikirlər səsləndirilir. Mərdanov isə yaşının bu cür məsuliyyətli bir vəzifə üçün uyğun olmadığını, eyni zamanda, bu sahədə bacarıqlı və təcrübəli diplomatların olduğuna inamını ifadə edib:
"Mən inanıram ki, bu sahədə kifayət qədər savadlı, təcrübəli və məsuliyyətli insanlar var. Onlar bu vəzifəni layiqincə yerinə yetirə biləcək bacarıq və biliklərə sahibdirlər".
Həmçinin oxuyun
Misir Mərdanovun fikrincə, ən əsas məsələ bölgədə sülhün və sabitliyin bərqərar olmasıdır. O, bu prosesin insanların mehriban, anlayışlı və dözümlü münasibətləri əsasında qurulacağını vurğulayıb:
"Əgər sülh şəraiti bərqərar olarsa, təcrübəsi və praktik bilikləri olan mütəxəssislər təyin ediləcək, onlar da öz peşəkarlıqları ilə prosesləri uğurla idarə edəcəklər".
Mərdanov sonda qarşılıqlı etimadın möhkəmlənməsinə və bölgədə uzunmüddətli sabitliyin təmin edilməsinə ümid etdiyini bildirib.
21:58 / 13 Dekabr 2025
67
21:34 / 13 Dekabr 2025
327
21:21 / 13 Dekabr 2025
42
21:19 / 13 Dekabr 2025
48
21:15 / 13 Dekabr 2025
42
21:02 / 13 Dekabr 2025
43
20:49 / 13 Dekabr 2025
235
20:44 / 13 Dekabr 2025
54
20:36 / 13 Dekabr 2025
53
20:26 / 13 Dekabr 2025
61
20:01 / 13 Dekabr 2025
221
19:53 / 13 Dekabr 2025
73
19:21 / 13 Dekabr 2025
345
19:16 / 13 Dekabr 2025
103
18:32 / 13 Dekabr 2025
961
18:12 / 13 Dekabr 2025
163
18:02 / 13 Dekabr 2025
108
17:43 / 13 Dekabr 2025
1649
17:09 / 13 Dekabr 2025
105
16:55 / 13 Dekabr 2025
338
15:58 / 13 Dekabr 2025
114
15:47 / 13 Dekabr 2025
103
15:39 / 13 Dekabr 2025
125
15:08 / 13 Dekabr 2025
2871
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.