Sabah hava belə OLACAQ
17 Noyabr 2026, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
729
11.08.2025, 09:30
Uğurlu insanların ortaq xüsusiyyətlərindən biri də günə erkən və enerjili başlamalarıdır.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam həyat tərzi və yüksək diqqət toplama qabiliyyəti üçün səhər saatlarının düzgün dəyərləndirilməsi vacibdir.
Erkən oyanmaq məhsuldarlığı artırır
İdeal oyanma vaxtı günəş doğduqdan sonrakı saatlar hesab olunur. Əgər səhər çox erkən qalxmaq zəruridirsə, yuxu saatı da buna uyğun tənzimlənməlidir. Mütəxəssislər xəbərdarlıq edir: istirahət günlərində belə oyanma saatında ciddi fərq yaratmaq bioloji saatın pozulmasına səbəb ola bilər.
Günə bir stəkan su ilə başlayın
Səhər yuxudan duran kimi çay və ya qəhvə əvəzinə ilk olaraq bir stəkan su içmək tövsiyə olunur. Gecə boyunca orqanizm susuz qaldığı üçün bu addım həm enerjinizi bərpa edir, həm də gün ərzində bədəninizin nəm balansını qorumağa kömək edir.
Gün işığı ilə təmas vacibdir
Oyanan kimi pəncərəni açaraq gün işığına çıxmaq və ya qısa bir gəzinti etmək bioloji ritmin tənzimlənməsinə, yuxululuğun aradan qalxmasına və daha enerjili başlanğıca şərait yaradır.
Yüngül, lakin qidalı səhər yeməyi seçin
Səhər yeməyində tərəvəz, pendir, yumurta və bir dilim taxıllı çörək kimi qidalar həm doyurucu, həm də enerji verici təsir göstərir. Eyni zamanda artıq kaloridən uzaq qalmaq mümkündür.
Telefon yox, zəngli saat!
Yatmazdan əvvəl mobil telefonu yataq otağından uzaqda saxlamaq, yuxu keyfiyyətini artırır. Əgər zəngli saatdan istifadə olunursa, köhnə modellərə üstünlük vermək daha məqsədəuyğundur. Bu, həm sosial mediada vaxt itkisinin qarşısını alır, həm də rahat yuxu rejimi yaradır.
Texnologiyadan uzaq qalmaq faydalıdır
Mütəxəssislər oyanan kimi ən azı 10 dəqiqə texnologiyadan uzaq qalmağı tövsiyə edir. Bu zaman özünüzə və günün planlamasına fokuslanmaq daha asan olur.
Sonda unutmayın: düzgün səhər rutini təkcə günü deyil, ümumi həyat keyfiyyətinizi də yüksəldə bilər. Gecəni sağlam yuxu, səhəri isə ağıllı vərdişlərlə keçirmək, uğura gedən yolun əsas addımıdır.milli .az
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.