Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
516
08.08.2025, 09:20
ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan legionellozdan üçüncü ölüm halı qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, infeksiya ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddət ərzində yayılaraq epidemiya halını alıb. Hazırda 67 nəfərə bu diaqnoz qoyulub.
Şəhər rəhbərliyi qripə bənzər əlamətlər - öskürək, boğaz ağrısı, burun axıntısı, sinə ağrısı və nəfəs darlığı hiss edən sakinlərə dərhal həkimə müraciət etməyi tövsiyə edir.
Legionelloz - "Legionella pneumophila" bakteriyasının səbəb olduğu ciddi ağciyər infeksiyasıdır. Bakteriya əsasən durğun sularda və baxımsız kondisionerlərin nəm filtrlərində çoxalır. Kondisionerin yaratdığı hava axını ilə ətrafa yayılaraq nəfəs yolu ilə insan orqanizminə daxil olur.
Həmçinin oxuyun
Risk qrupuna kondisionerli, qapalı və sıx məkanlarda çalışan şəxslər, havalandırma sistemlərinin təmizliyinə nəzarət edilməyən müəssisələrin əməkdaşları, həmçinin yaşlılar, immun sistemi zəif olanlar və siqaret istifadəçiləri daxildir.
Xəstəlik əlamətləri adətən soyuqdəymə və qriplə qarışdırılır. Diaqnozun gec qoyulması isə ağır fəsadlara və bəzi hallarda ölümə səbəb ola bilər. Mütəxəssislər legionellozun qan analizi ilə vaxtında aşkarlanmasının və dərhal müalicəyə başlanmasının vacibliyini vurğulayırlar.
01:21 / 14 Dekabr 2025
6
00:52 / 14 Dekabr 2025
159
00:43 / 14 Dekabr 2025
19
00:04 / 14 Dekabr 2025
66
23:47 / 13 Dekabr 2025
604
23:44 / 13 Dekabr 2025
34
23:30 / 13 Dekabr 2025
46
22:45 / 13 Dekabr 2025
286
22:30 / 13 Dekabr 2025
92
22:28 / 13 Dekabr 2025
104
22:22 / 13 Dekabr 2025
111
22:11 / 13 Dekabr 2025
230
21:58 / 13 Dekabr 2025
387
21:34 / 13 Dekabr 2025
1001
21:21 / 13 Dekabr 2025
80
21:19 / 13 Dekabr 2025
105
21:15 / 13 Dekabr 2025
76
21:02 / 13 Dekabr 2025
71
20:49 / 13 Dekabr 2025
371
20:44 / 13 Dekabr 2025
91
20:36 / 13 Dekabr 2025
79
20:26 / 13 Dekabr 2025
76
20:01 / 13 Dekabr 2025
281
19:53 / 13 Dekabr 2025
96
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.