Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
836
07.08.2025, 11:56
Bakının mərkəzində yaşayan bir qrup sakin şikayət edir.
Söhbət Səbail rayonu,Hacı Zeynalabdin Tağıyev küçəsi 16/18 ünvanında yaşayan sakinlərdən gedir. Binada yaşayan sakinlər mənzillərinə rahatlıqla daxil ola bilmirlər.Binanın pilləkənləri təmir adıyla sökülüb,pilləkənlərin tutacaqları çıxarıldığı üçün mənzillərə qalxmaq təhlükəli hal alıb.Həmçinin binanın lifti də sakinlərin əlindən alınıb.
Bu barədə Oxu24.com-a bina sakinləri məlumat verib.
“Artıq 15 günə yaxındır ki, bu vəziyyətlə üz-üzəyik.Pilləkənlərin dəmir məhəccərləri sökülüb.Buradan qalxmaq bizim üçün əzabdır.Yaşlı anam var.Bu pilləkənlə qalxıb,düşə bilmir.Bundan əlavə binanın lifti "özəlləşdirilib".
Yuxarıda yerləşən bir sahibkarın mənzilinə verilib. Liftdən yalnız onlar istifadə edə bilərlər.Sakinlər çıxılmaz duruma düşüb. "JEK"-ə də şikayət etmişik.Ancaq tədbir görülməyib. Biz liftin kartının digər sakinlərə də verilməsini və pilləkənlərin tezliklə təmirinin yekunlaşmasını tələb edirik”,-deyə bina sakini Gülarə Vəliyeva bildirib.
Dəmir məhəccərləri çıxarılan pilləkən sakinlərə təhlükə yaradır.
Oxu24.com məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki,binanın pilləkənləri keçmiş Azərbaycan SSR-in sabiq ticarət naziri, həmçinin 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Ağasəlim Bağırov tərəfindən təmir olunub.
Təmir işləri başlandıqdan sonra binanın 4-cü mərtəbəsində yaşayan iş adamı Tamerlan Rəsulzadə rəsmi qurumlara şikayət edərək işlərin dayandırılmasını tələb edib. İki qonşu arasında yaranan mübahisə bütün binanı pilləkənsiz və liftsiz qoyub.
Araşdırmamız zamanı o da məlum oldu ki, bina üçün nəzərdə tutumuş ümumi lift yalnız iş adamı Tamerlan Rəsulzadənin ailə üzvlərinin mənzilinə xidmət göstərir. Binanın digər mərtəbələrində yaşayan sakinlər lift üzünə həsrət qalıb.
Bəs,binanın liftini kim sahibkara verib?
Bu suala cavab tapmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin “LiftTəmir” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birlikdən saytımıza bildirdilər ki,onlar yalnız liftlərin işlək olub-olmaması işlərinə baxırlar. Digər məsələlərin onlara aidiyyatı yoxdur.
Bina sakinlərinin binanın pilləkən probleminə gəldikdə isə rəsmi qurum araşdırmaların aparıldığını bildirib.
Oxu24.com məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən şifahi olaraq saytımıza bildirdilər ki, sözügedən ünvanda sakin tərəfindən aparılan söküntü işləri yarımçıq dayandırılıb.
Buna səbəb isə,tarixi abidə olan binanın pilləkənlərində aparılan təmir işləri zamanı qanuna uyğun olaraq Dövlət Xidmətinə əvvəlcədən məlumat verilməməsi olub.
“Hazırda həmin şəxs tərəfindən aparılan işlər dayandırılıb.Müvafiq tədbirlər görülür”,-deyə qurumdan verilən məlumatda qeyd olunur.
Oxu24.com məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.